166 KARQO- fərqli təqdimatda olan reklam filmi

166 Karqo şirkəti “Dərdinizin çarəsi” reklam filmi ilə bazara giriş etdi.

Şirkət e-ticarət bazarına giriş etmək üçün tərəfdaş olaraq Düymə reklam agentliyini seçdi. Biz də insanların onlayn sifariş zamanı yaşadıqları problemlər və bu problemlərlə tez-tez qarşılaşan müştərilərin keçirdikləri hisslərə fokuslanaraq reklam çarxında psixoloq və pasient arasında keçən dialoqu canladırmağa çalışdıq.

Bununla da reklam çarxında “bu problemlərin çarəsi olmağa gəldik” mesajı ilə istədiyimiz sonluğa vurğu etdik. 166 Karqo şirkətinin sloqanı da tərəfimizdən hazırlanmışdır. “Xidmətdə sərhədləri aşırıq” sloqanı markanın bütün kommunikasiyasında istifadə olunur.

Qeyd edək ki, Yükdaşıma, Xalça Yuma, Dezinfeksiya və bu kimi bir çox xidmətləri özündə birləşdirən 166 şirkəti bu dəfə karqo xidməti təklif edərək ilk dəfə ölkə xaricinə çıxdıqlarını bu sloqanla bildirdilər. Marka ikibaşlı mesaj verərək həm xidmət səviyyəsinin sərhədsiz olduğunu, həm də artıq ölkə sərhədlərindən kənarda da xidmət göstərdiklərini demiş oldu.