Dünyanın ən bahalı geyim brendi açıqlandı

2020-ci ildə dünyanın ən bahalı geyim brendi “Nike” seçilib.

Marketinghub  fins.az -a istinadən xəbər verir ki, bunu “Interbrand” konsaltinq agentliyinin tədqiqat məlumatları sübut edir.

Məlumata əsasən, brend 34.3 milyard dollar dəyərində qiymətləndirilib.

Analitiklərin hesablamalarına görə, “Nike” 2019-cu ilə nisbətən bu il 6 faiz bahalaşıb. Marka dünyanın ən bahalı şirkətlərinin ümumi reytinqində bir pillə yuxarı irəliləyə və 15-ci yeri tuta bilib. Bir pillə aşağıda dəyəri 2020-ci ildə, əksinə, 2 faiz azalan fransız moda evi “Louis Vuitton” (17-ci yer) qərarlaşıb.

Daha sonra moda və lüks əşyalar kateqoriyalarında 21.2 milyard dollar dəyərində lüks marka “Chanel” gəlir. Son seqmentin beş lideri arasında keçən ilki mövqesində qalan (28-ci yer) Fransız moda evi “Hermes” və dəyəri 2 faiz ucuzlaşaraq 15,6 milyard dollara düşən və 32-ci sırada yer alan İtalyan istehsalçısı “Gucci” yer alıblar.

Bundan əlavə, “Zara” və “HM” (35 və 37-ci yerlər) kütləvi bazar şəbəkələri də dünyanın ən bahalı şirkətlərinin reytinqinə daxil edilib.

İdman malları istehsalçısı “Adidas” 50-ci, lüks markalar “Dior” və “Prada” 83 və 99-cu yerdə qərarlaşıblar.