2020-ci ilin ən dəyərli 10 hərbi sənaye markası

Müdafiə sənayesindəki ən prestijli araşdırmalardan biri olan Defense News Top 100 2020-ci ilin nəticələrini açıqlayıb. Defence News və Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatları ilə yaradılan siyahı şirkətlərin dövriyyəsini və milli təhlükəsizlik müqavilələrindən qazandıqları gəlirləri açıqlayan bir hesabat nəticəsində hazırlanıb.

Defence News Top 100 siyahısının üst hissəsinə baxanda birinci və ikinci sırada Lockheed Martin və hava hücumundan müdafiə texnologiyaları ilə daha çox tanınan Boeing-i görürük. Siyahıda bir nömrəli şirkət Lockheed Martin’in 56,6 milyard dollarlıq müdafiə sənayesindəki dəyəri ilə yer alır; Ümumi dövriyyəsi 59,8 milyard dollar səviyyəsindədir.

Defence News Top 100  2020 -ci il üzrə ən yaxşı 10 müdafiə sənayesi şirkəti

Lockheed Martin – 56,6 milyard dollar
Boeing – 34,3 milyard dollar
General Dynamics – 29,5 milyard dollar
Northrop Grumman – 28,6 milyard dollar
Raytheon şirkəti – 27,4 milyard dollar
Çinin Aviasiya Sənayesi Korporasiyası – 25,0 milyard dollar
BAE Systems – 21.0 milyard dollar
China North Industries Group Corporation Limited – 14,7 milyard dollar
L3Harris Technologies – 13.9 milyard dollar
United Technologies Corp – 13,0 milyard dollar

Defence News Top 100 siyahısının ilk 10-luğuna baxdığımızda bir çox ABŞ şirkətinin olduğunu görürük. İllik müdafiə sənayesi dövriyyəsinə görə, ilk 10 müdafiə sənayesi şirkətindən 7-si ABŞ-a məxsusdur; Bunlardan 2-si Çinə, 1-i İngiltərəyə aiddir. Fransa və Rusiya kimi güclü orduları olan ölkələrin ilk 10-da heç bir şirkəti yoxdur.

Fərid Məhərrəmli