Neyromarketinq- bizi almağa nə məcbur edir?

Qəbul edək ki, hər birimiz istehlakçıyıq. Bu səbəbdən də hərgün marketoloq və reklamçılardan gələn çox sayda reklamlara məruz qalırıq. Televiziya reklamları, internetdə qarşımıza çıxan reklamlar. Yolda tabelalar və s. Beynimiz daim informasiya toplamaq və süzgəcdən keçirməklə məşğuldur. Bəziləri uzun müddətli depolanır bəziləri isə qapının önünə yığılaraq unudulmağa tərk edilir.

Gəlin Neyromarketinq araşdırmalarına nəzər salaq.

1.Məhsul yerləşdirmə (filmlər, proqramlarda və s. ) həmin məhsulu satmaqda işə yarayırmı? — Yox

2.Şüuraltı reklamçılığı hələ də varmı? — Bəli mağazalarda sizə məhsulu aldıran odur.

3.Marka loqolarının gücü nədir? — Hər hansısa səs və ya qoxu loqodan daha təsirlidir.

Hal hazırda sizə Johnson’s şampunu düşünün desəm ilk olaraq onun qoxusu ağlınıza gələcək.

Qorxularımız: Reklamçıların çox hissəsi stressli , güvənsiz təbiətimizdən istifadə etməkdən çox xoşbəxtdir. Misal üçün Johson’s göz yandırmayan uşaq şampununu incələyək. Bu şampun hansı duyğuya səslənir? Yenə bir qorxu. Bizi qurtarmağa söz verir. Göz yanması qorxusunu işləyir. Başqa bir nümunə , əgər uşağınıza Ritalin, Concerta verməsəniz diqqətini dərslərinə cəmləyə bilməz.

Görünüş: Görünüş bizim satın alma qərarlarımıza çox təsir etməsə də şüuraltında öz fəaliyyətini davam etdirir. Bir araşdırmada qadın müştərilərə eyni mayonez iki fərqli qabda verildi. Tək fərq qabların görünüşü idi. Birinin boğazı dar və aşağıya doğru genişlənirdi. Digəri isə ortası incə, dibi və ağzı isə qalın idi. Qadınlar heç dadına belə baxmadan ikinci qabı seçdilər. Niyə? Araşdırmacılar qabın formasının onların bədənləri ilə bağlı bir çağırışıma yol açdığı qənaətinə gəldilər.

Səs: Səs güclü çağırışlar yaradır və bizim davranışlarımız üzərində güclü təsiri vardır. Alman qida şirkəti peçenye və kartof çipsləri üçün xüsusi xırçıltı səsi tapmaq üçün dişləmə və çeynəmə səslərini laboratoriyalarda analiz edir və daha yaxşı formaya salır.

Qoxu: Alışverişdə olarkən qoxunun belə bizim üzərimizdəki təsiri böyükdür. Bir araşdırmada bir qrup könüllü seçildi və bir otaqda limon əsaslı təmizlik vasitəsi divarın arxasında gizlədildi. Könüllülərin yarısı həmin otağa digərləri isə təmizlik vasitəsi olmayan otağa göndərildi. Könüllülərdən həmin gün nə ilə məşğul olmaq istədikləri haqda plan qurmaqları istənildi, qoxu olan otaqdakı könüllürərin 36%i təmizlik ilə bağlı planlar yazarkən, qoxusuz otaqdakılarda bu faiz 11% oldu. Mağazalarda sobaları niyə giriş hissədə yerləşdirdiklərini bilirsinizmi? Burnunuzun qoxunu aldığı anda aclıq hissinizin yarandığını bilirlər.

Təsəvvür edin, mağazaya gedib 20 illik ərzaqınızı aldınız, evə gəldiniz, televizoru söndürdünüz, mobil telefonunuzu söndürdünüz, interneti bağladınız. Güvəndə olacaqsınız. Reklamçıların kuklası olmayacaqsınız. Amma nəyin hesabına? Sadəcə reklamçıların bizə məhsulu aldırmaq üçün qurduğu bütün tələlərdən qaçacağımız və öz ağlımızla hərəkət edəcəyimiz yeni bir dünyanın reallaşması ümüdü daşıyırıq.

Mənbə: Buyology

Fatimə Əliyeva