Kopirayter və kontent menecer arasındaki fərq

Kopirayter, deyilməli olan hər şeyi bəzən bir cümləyə sığdırmaq məcburiyyətində olan şəxsdir

Kopiraytinq və kontent menecment

– bu iki anlayış çox vaxt qarışdırılır ya da tam tərif olunmur. Kənardan hər ikisinin mətn yazdığı və arada heç bir fərq olmadığı kimi görünə bilir. Çox vaxt isə hər ikisinin vəzifənin öhdəliklərini bir insan üzərinə yükləyirlər. (Hələ SMM-in yüklənməsindən danışmıram).

Hər nə qədər ortaq məqsədi hədəf kütləsinin diqqətini çəkmək olsa da, kopirayter və kontent menecer arasındaki əsas fərq yazma məqsədi ilə bağlıdır. Kopirayter brendin məhsul və ya xidmətlərinin həqiqi dəyərini yansıtmaq üçün reklam və satış məqsədli yazdığı halda, kontent menecer isə kopirayterin verdiyi mesajda istifadəçini ətraflı məlumatlandırmaq, informasiya ötürmək və bağ qurmaq məqsədi ilə yazır. Bu hər hansı bloq, məqalə, bülleten və s. ola bilər.

Kontent Menecer brendiniz haqqında məlumat verir, kopirayter isə dəyər qatır.

Kopirayter, brendinizi daha çəkici hala salmaq və dəyər qatmaq üçün mətn yazısınının gücündən istifadə edərək hədəf kütlənin diqqətini çəkir və emosional bağ qurur. Kopiraytiniqin əsas məqsədi fikri satmaqdır.
Kopirayterlər barədə düşünülən miflərdən biri də onun sloqan yaradan şəxs olmasıdır. Kopirayter yalnız sloqan deyil, məsələn kopirayt növlərindən biri olan “SEO friendly copywrite” saytınızın trafikini uyğun açar sözlərdən istifadə ilə müəyyən konsepsiyalar hazırlamaqla artıra bilər. Burda önəmli detal isə SEO eksperti ilə SEO kopirayterini qarışdırmamaqdır. Ekspert və kopirayterinizin birlikdə işlədiyi halda saytınızın trafikində artım əldə edə bilərsiniz.


Kopirayter brendinizin səsidirsə, kontent menecer onun səs tonudur.

Kopirayterlər nə demək istədiyinizə, kontent menecerlər isə necə demək istədiyinizə fokuslanır.

Fərq üçün Volkswagen Beetle reklam kampaniyasına nəzər yetirək.

Image for post

(Lənətə gəlmiş minimalistika yaradıcı tənbəllərin uydurduğu ən möhtəşəm şeydir!:D)

Həmin dönəmin maşın reklamlarında əksərən görülən “lüksün övülməsi” fikrindən uzaqlaşıb, maşının minimalistikasına, sadəliyinə və fərqliliyinə fokuslu kopirayt konsepsiyası müştəriyə niyə bu maşını seçməli olduğunu izah edir. Bu reklam yazalığıdır (kopirayt).

Eyni məhsulla bağlı yazılan məqalə isə kontent menecmentə örnək olaraq göstərə bilərik. Kütlənin kopirayt konsepsiyası ilə qurduğu emosional bağı məlumatlandırıcı konktentlə gücləndirilir. Məhsulla maraqlanan kütlə ətraflı məlumatı artıq buradan əldə edə bilir. Yəni belə nətiəcəyə gələ bilərik ki, kopirayt və kontent menecment bir-biri ilə qarşılqılı əlaqədə işləndiyi zaman daha uğurlu və daha məhsuldardır.

Leyla Katibli