“Hell” energetik içkilərini satan şirkət- Bağlandı

Azərbaycanda “Hell” energetik içkilərini satan şirkət ləğv edildiyini açıqladı.

Marketinghub Banker-ə istinadən xəbər verir ki, “Coast Castle” MMC ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Nobel pr 23 küçəsi, ev Amay ticarət mərkəzi, mənzil 3 cü mərtəbə 10-cu otaq ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Coast Castle” MMC Macarıstanda istehsal olunan “Hell” energetik içkisinin Azərbaycanda distributorudur.

Bildirilib ki, şirkət 2011-ci ildə dövlət qeydiyyatına alınıb. “Coast Castle” MMC-nin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Ruslan Dəmirçiyevdir.