Neyro – marketinq gələcəyin lider sahəsinə çevrilə bilərmi ?

Marketinq sahələri öz çoxluğu və insan psixologiyası elminə yaxınlığı ilə seçilir.Demək olarki , bugün şirkətlərin satış sisteminin əsasını təşkil edən faktorlardandır. Neyro – marketinq isə gələcəkdə yaranan bizneslərin əsas köməyi olacaq deyə düşünülür.

Neyro – marketinq – istehlakçıların şüursuz formada formalaşan istehlak davranışlarını ölçən və bu testlər nəticəsində ortaya çıxan məlumatlarla marketinq və reklam strategiyasının müəyyənləşdirildiyi elmdir.

Bugün yaranan start – up ları düşünsək və onların istehlakçı kütləsinin insanların böyük hissəsinin olduğunu nəzərə alsaq , milyardlarla dəyərə çatacaq start-up ın bir təcrübə nəticəsində yarana biləcəyini demək olar.İnnovasiya ( yenilik) prosesinin mərhələlərindən biridə hazırlanacaq məhsul barəsində bazar araşdırmaları və tələbatın öyrənilməsidir.Biz apardığımız bir müşahidəylə xeyli sayda yeni investor cəlb edə bilərik. Bu iş, start-up a olan meyli və yatırılacaq investisiyanın dəyərləncəyinin sübutu olacaq.

Dijital marketinq və küçə reklamlarını nəzər salaq. Neyro – marketinq ilə insanların  diqqətini ilk dəfədən necə cəlb etmək mövzusunda xeyli araşdırma etsək şirkətin marketinq xərclərini azaltmaqla əvvəlkindən daha çox müştəri kütləsi cəlb edə bilər.

Şirkətin satışlarında azalma müşahidə olunan zaman, reklamlara daha çox pul xərcləmək və ya marketinq strategiyası dəyişmək, və s.  əvəzinə aparılan bir təcrübə bizi bu vəziyyətdən xilas etməkdə yardımçı ola bilər.

Bazar liderliyini əldə etmək üçün yeni strategiyalar tətbiq etmək bəzən şərt olur deyə düşünürük. Marketinqin bu növü tam yeni bir strategiya olmaqla , biznesi daha böyük yerlərə aparacaq . Eyni zamanda, burda aparılan təcrübələrin çox böyük maliyyə tələb etməməsi sahəni daha da dəyərli edir.

Neyro – marketinq barəsində araşdırmalar etsək, dünyanın iri şirkətlərinin bu mövzuda olan maraqlı təcrübələri ilə qarşılaşacıq.

Yekun olaraq, sadaladığımız xüsusiyyətlər və gəldiyimiz nəticələr əsasında düşünürük ki, neyro – marketinq gələcəyin lider sahələrindən birinə çevrilə bilər.

Murad Niftəlizadə