SEO təlimləri almağın marketoloq üçün önəmi.

Bugün djital marketinq – marketinq kateqoriyaları içərisində ilk sıralarda yer alır. Dijital marketinqin əsasını sosial şəbəkələr təşkil edir yanaşması heç də yanlış deyil.Amma şirkətinin və ya markanın ümumilikdə desəm brendin, şəxsi saytının olması onun prestijini hər zaman bir pillə daha yuxarıya çəkəcək.Marketinq kateqoriyaları içərisində , SEO nu daha çox dijital marketinq bölümünə aid edilir. Nəzərə alsaq ki, brend menecerlere bu daha çox sərf edir, deməli SEO -nun bu kateqoriya menecerlərədə böyük töhvəsi olacaq., SEO-nu daha çox dijital marketinq bölümünə aid edirəm. O zaman, SEO nun nə olduğuna qısa nəzər salaq.

SEO (  Search Engine Optimization )

Axtarış motorunun optimallaşdırılması. Bu sadecə hərfi mənadır.SEO ilə saytın axtarış sistemində tapılmasını, ilk sıralarda yer almasını reallaşdıra bilərik. Ola bilsin, bu İnformasiya Texnologiyaları ( İT ) mütəxəssislərinin işi kimi görünə və hətta elə ola bilər amma marketoloq öz sahəsini dərinliyi ilə bildikdə axtarışın burda nə qədər böyük rolu olduğunu anlayır.Təlimlər bitdikdən sonra açar sözlər daxil edilən zaman axtarış sistemində səhifəmizin ( saytımızın )   ilk sıralarda yer alması mövzusunu peşəkar şəkildə bacarmış olacayıq.İşimiz bu sahəyə tam aid olmasa belə, bilməkdən zərər gəlməz deyə düşünürəm.Ən qiymətli investisiyamız olan zamanımızı bu sahəyə sərf etməyə dəyər.

SEO təlimləri almaq

Bizi bu sahədə təcrübəsiz olmaqdan qurtardığı kimi, yeni bir alternativ də yaratmış olur.Ödənişli reklam etməklə cəlb olunan müştərilər və ya SEO ilə daha az maliyyə olmaqla qazanılan müştərilər kimi seçimlər olur qarşımızda.Maliyyə çatışmazlığı  bəzi yeni yaranan və kiçik şirkətlər üçün problem ola bilər.SEO burada şirkətin marketoloquna kömək edəcək.Xüsusilə də marketoloq öz şəxsi biznesini qurmağa qərar veribsə.

Bəs SEO bacarıqlarımızı necə inkişaf etdirək ?

Bunun üçün sosial şəbəkələrdə, axtarış sistemlərində yetəri qədər məlumat və ödənişsiz dərslər var.Əgər, fərdi və müəllimdən dərslər almaq istəyiriksə bunun üçün kurslar mövcuddur.Amma, ödənişsiz dərslərin sayı və keyfiyyəti yetəri qədər yüksəkdir.

Murad Niftəlizadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir