Bəzi brendlərin məhkəmə sərgüzəştləri

Bəzən brendlər heç hesaba qatmadıqları, əsassız şikayətlər ilə qarşılaşırlar. Bu şikayətlərin arxasında şirkətin rəqabətdə olduğu brendlər, özünü tanıtmaq istəyən vəkillər və yox yerdən pul qazanmaq istəyən insanlar göstərilə bilər. Bu qədər də olmaz deyəcəyimiz şikayətlər

“Mc Donalds cofee case”

Brendlərə açılan davalar içində ən çox bilinənidir. 1992-ci ildə 80 yaşındakı Stella Liebeck qəhvə sifariş edər və qəhvəni üzərinə tökər. 3-cü dərəcəli yanıq diaqnozu qoyulan, 2 illik müalicə üsulu tətbiq edilən Stella qəhvənin həddindən artıq isti olmasını önə sürərək Mc Donald’sı məhkəməyə verər. Məhkəmə yaşlı qadına 2.8 milyon dollar təzminat ödənməsinə qərar versə də, tərəflər aralarında razılığa gəlir və Liebeckə 640.000 dollar ödənilir. Bu hadisə ilə bağlı 2011-ci ildə çəkilmiş sənədli film belə var.

“Redbull qanadlandırır”

Uzun illər istifadə etməsinə baxmayaraq, qanadlanacaq qədər dəyişim görməyən Careathers aldadıldığını düşünür. “Redbull qanadlandırır” kimi gerçəkliyi olmayan sloqanla reklamını edən brendə onu və kütləsini aldatdığını önə gətirərək dava açır. Bu məsələnin uzanmasını istəməyən Redbull şikayətçiyə və 2002-ci ildən bəri bu enerji içkisini içən milyonlarla istifadəçisinə 13 milyon ödəməyi qəbul edir.

“Pepsi Max’ın dadı, gözel bir qızdan fərqsizdir”

-Türkiyənin ən məşhur davası 2007-ci ildə Aysun Kayacı adlı modeli reklamında oynadan Pepsiyə açılmışdır. Reklamda Pepsi içən gənclər model ilə öpüşməyə başlayırdı. Reklam o zaman türk adət-ənənələrinə uyğun olmadığı səbəbindən tənqidlərin hədəfi olmuşdur. Ama hadisənin əsas qəhramanı 20 yaşındakı gənc olmuşdur. Pepsi Max alıb içməsinə baxmayaraq, Aysun Kayacı ilə öpüşmədiyini önə sürüb 1.3 tl-ni geri almaq üçün şikayət etmişdir. Bununla bağlı istehlakçılar birliyinə müraciət etmiş və dəstək görmüşdü. Şirkət isə öpüləcəyinə dair söz vermədiyini irəli sürərək şikayəti əsassız qəbul etmişdi.

Nike ayyaqqabıları

 Amerikada yaşayan 26 yaşındakı Clardy Nike-ı məhkəməyə verir. Müştərisini döyən qadın ticarətçi səbəbkarın Nike ayaqqabıları olduğunu iddia edir. Nike-dan tələb etdiyi 100 milyon dolları qazana bilməyən Clardy bu yolda 1500 dollarından da olur.

mənbə – brandio.az