Hər işdə öz möhürünü vuran sahibkar

Sizi tanıyaq. Səbuhi Kazımzadə kimdir ?

– Kazımzadə Səbuhi Neymət oğlu.10 noyabr 1989-cu ildə Bakıda anadan olmuşam. Nizami rayonu 210 saylı orta məktəbi bitirmişəm. Orta ixtisas təhsilim Mühasibat uçotu və fərdi kompyuter operatorudur. Ailəliyəm, 2 övladım var.

İlk öncə harada çalışıbsınız və nə səbəb oldu özəl biznesi seçdiniz ?

– İlk öncə Ticarət Mərkəzlərində satış meneceri olaraq işə başlamışam. İkinci işim Nəzarət Kassa Aparatlarının Servis Texniki Xidmət Mərkəzində “Sazlayıcı” sonra “Satış Meneceri” və daha sonra “Bölgə Üzrə Satış Rəhbəri” vəzifəsində çalışmışam. Bununla yanaşı bir neçə özəl sahibkarların yanında “Mühasib” vəzifəsində çalışmışam. Öz şəxsi mağazalarım olub (market,dəftər ləvazimatları,geyim mağazası). 2013-cü ildə “RM Group” MMC-ni təsis etmişəm. RM Group mühasibatlıq,reklam,möhür və s. xidmətləri göstərirdi (amma bu işlərin hamısını görmək məni çox yorurdu). Bazarda möhür şirkəti olaraq o illərdə kimsə yox idi və bu boşluğu dəyərləndirib 2014-cü il fevralın 15-də “STAMPEL” MMC-ni təsis edib digər şirkəti ləğv etdim. Artıq bu günə qədər “Stampel” şirkəti olaraq fəaliyyət göstəririk.

 Niyə məhz möhür şirkəti qurdunuz, bu qədər başqa sahələr varkən ?

– Hər sahənin özünə məxsus özəllikləri var. Bu sahə həm mənim öz işimə yaxın olduğu üçün və yuxarıda qeyd etdiyim kimi bazarda çox az adam məşğul idi və mən şirkət olaraq daha professional şəkildə məşğul olmaq istədim.

Stampelin müştəriləri kimlərdi?

– Ən böyük müştərilərimizdən bir neçəsini sadalaya bilərəm amma digər şəxslər inciməsin 🙂 – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti -İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti – Paşa Holding – Veysəloğlu MMC – Kristal Abşeron – Naxçıvan Bank – Cahan Holding – Dövlət Sosial Müdafiə Fondu – Dəmiryolları Qapalı Səhmdar Cəmiyyəti və s. müştərilərimizdir.

Spesifik biznes sahəsi ilə məşğul olmağın üstünlükləri və çatışmazlıqları nədir?

– Spesifik bizneslər daha çox özəl iş görməyə, şəxlərə xidmət etməyə məcbur edir və biz bu işlərə öz sevgimizi qatanda ortaya daha çox keyfiyyətli iş çıxır.

-Uğurlu sahibkar olmaq üçün sizcə ilk şərt nədir ? –

İlk şərt deyə bir şey yoxdur. Mənim fikrimcə hər sahibkar risk etməyi bacarmalı və bazarı yaxşı araşdırmalıdır.

 Biznesdə başınıza gələn böyük uğursuzluq nə olub? –

-“RM Group” MMC-də hər işə əl atmaq və hər işə çatmaq istəməyim.

Hal-hazırda olan əlavə biznesiniz hansılardı və hansı fəaliyyəti göstərirlər?

Stampel MMC (möhür və ştampların istehsalı Ceoclub MMC (networking)  videomap.az (ünvanlara necə getmək olar video görüntü ilə) və Accountant MMC (mühasibatlıq xidməti)

 Yaxın gələcəkdə yeni planız nədir möhür biznesi ilə bağlı ?

-Made in Azerbaijan adı altında “Stampel” şirkətinin şəxsi möhürlərinin istehsalına başlayacağıq.

 Buradan yeni biznes quran gənclərə sözünüz nə olardı ?

– Bir biznesə idarə etməkdən və ya risk etməkdən çəkinməsinlər. Hətta pul itirməkdəndə qorxmasınlar 🙂 – Çoxlu kitab oxusunlar, təlimlərə qatılsınlar və networklərini artırsınlar – Bazar araşdırmasını yaxşı etsinlər – Maaliyyə və insan resurslarını yaxşı öyrənsinlər ki, gələcəkdə onlara lazım olacaq. Gənclərin hamısına dəstək olmağa həmişə hazıram. Facebook və Linkedin üzərindən mənə yaza bilərlər. Hər kəsə uğurlar arzu edirəm. Özünüzü qoruyun. Təşəkkürlər!!!

“İmzanızın dostu” olaraq Stampel sizin xidmətinizdə durmaqdan həmişə məmnundur və şərəf duyur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir