Azərbaycan şirniyyat markası Türkiyə bazarında

Azərbaycanın şiriniyyat və quruyemiş zənciri olan Xurcun, Türkiyə ilə birlikdə dünya bazarına açılmağa hazırlanır.

Bunu turkiyegazetesi.com.tr yə müsahibə verən Xurcun rəhbəri Vüqar Məhərrəmov bildirib.

Dünyanın fərqli ləzzətlərini özündə birləşdirən, xüsusi dizaynları və müxtəlif xüsusi məhsulları ilə diqqət çəkən Azərbaycanın şirin, quruyemiş və təbii ləzzətlər zənciri olan Xurcun, Türkiyəyə gəlir. 2015-ci ildə Vüqar Məhərrəmov tərəfindən qurularaq təbii quru meyvə, şirin və ekzotik çaylar satan Xurcun şəbəkəsi 10 mağazada Bakıda xidmət etdiyi bildirilir. Xurcun, inkişaf etdirdiyi zəngin konsepsiya ilə mağazalarında və onlayn olaraq istehlakçılara xüsusi zövqlər təqdim edir.

Xurcun’un bənzərsiz ləzzətləri ilə Türkiyə bazarına girməyə hazırlandıqlarını ifadə edən Vüqar Məhərrəmov, ” Gerçək bir azərbaycanlı vətənpərvər olaraq, Xurcun’un fikiri və anlayışı üzərində işə başlayanda təməl məqsədim yalnız keyfiyyətli, ən yaxşı dadı və təbii məhsulları olan bir marka yaratmaq deyil, eyni zamanda  Azərbaycana çoxəsrlik tarixi və zəngin mədəniyyəti ilə kömək etmək idi. İndi isə xaricdə qiymətli bir nümayəndəlik qurmaq üçün markamızı Türkiyəyə gətirməyə hazırlaşırıq. Yaxın zamanda Türkiyədə butik mağazalarımızı açacağıq. Onlayn satışlarımız da olacaq. ” deyə bildirmişdir.