Müştərilərlə iş üzrə mütəxəssis

Simple Network Services şirkəti heyətini böyüdür. Öz karyerasını İT sahəsinin satışında qurmaq istəyən hər bir kəs müraciət edə bilər.

Təcrübəçiyə olan tələblər:

– Azərbaycan və rus dilləri biliyi;
– satış, texnologiyalar və yeniliklərə maraq;
– İT sahəsində işləmək və inkişaf etmək istəyi;
– səlis danışıq qabiliyyəti.

Təcrübəçinin vəzifələri:

– müştərilərlə iş;
– yeni müştərilərin cəlbi;
– xidmətlərimizi aşılamasında müştərilərə yardım.

2 aylıq ödənişli (danışılacaq əməkhaqqının 50%-i) sınaq müddətinə namizəd qəbul ediləcək. İki aydan sonra namizəd Simple Network Services heyətinin üzvü olacaq.

Maraqlanan hər bir şəxsdən career@simple.az e-poçtuna 2 suala cavabla (öz sözlərinizlə) birlikdə CV göndərməsi xahiş olunur:
– 1-ci sual – Android və iOS arasında olan fərq nədədir?
– 2-ci sual – proqramlaşdırma bacarığı olmadan saytı necə hazırlamaq olar?

İş yeri: Rəşid Behbudov küç., 54, Simple Network Services ofisi.
İş qrafiki: həftədə 5 gün, 10:30 – 19:00.