Guerilla Marketing – yaradıcı marketinq

Yaradıcılığın marketinqlə kəsişdiyi nöqtə. Guerilla Marketing, ənənəvi olmayan texnika ilə markanın tanınmasını hədəfləyən bir üsuldur. Guerilla marketinq kampaniyaları çox vaxt ucuz, yenilikçi və yüksək yaradıcı strategiya sayılır. Ümumiyyətlə Guerilla Marketing strategiyasının məqsədi markanın tez bir zamanda istehlakçının gözündə yüksəlməsidir.

Böyük firmaların hər cür ənənəvi marketinqi istifadə etmək üçün kifayət qədər büdcəsi olsa da, orta və kiçik firmaların bu sahədə rəqabət aparması çox çətindir. Burada Guerilla Marketing kiçik firmalara böyük güclərini nümayiş etdirməyə imkan verir. Partizan əsgərlərinin böyük bir orduya qarşı döyüşməsi kimi.

Ənənəvi marketinq; Marketinq üçün yüksək büdcələr tələb edərkən Guerrilla marketing həyəcan, enerji və təxəyyül tələb edir. ‘’Gizmodo’’nun Scientific American’a verdiyi məlumata görə guerilla marketing‘in tarixi 19cu əsrin sonlarına qədər uzanır. Məlumatda üç təkərli çap maşınından söz gedir. 1895-ci ildə Paris küçələrində görünən bu maşın əslində , arxadakı iki təkəri ilə istənilən mesajın yola çap olunmasını təmin etmək üçün modelləşdirilmiş bir üç təkərli velosipeddir. Təkərlər sürücü səviyyəsində yerləşən mürəkkəb qabından qidalanır.

Guerrilla Marketing International-ın prezidenti Jay Conrad Levinson eyni zamanda Guerilla marketinqinin atasıdır. ” Guerilla Marketing ” kitabını yazan Jayın 30-a yaxın kitabı var. Jay guerilla marketinqini “büdcəsi kiçik,xəyalları böyük təşəbbüskarlar üçün yaradıcı marketing texnikası” olaraq tanıdı və aşağıdakı kimi bir nümunə verdi:

Kiçik bir mebel mağazasından solda və sağda böyük mebel mağazaları var. Bu böyük mebel mağazalarından birində böyük bir afişada “60 faiz endirim”, digərində isə “75 faiz endirim” deyilir. Kiçik mağazanın bunun üçün büdcəsi yoxdur. O da kiçik bir afişa düzəldir və girişdə asır. Afişada yazılmışdır “əsas giriş qapısı”. Guerilla ruhu budur.

Guerilla marketinqi ilə məşğul olanların sayı azdır.

Ancaq yadda qalmaq dərəcəsi çox yüksəkdir. İnsanların qarşısına gözlənilməz və maraqlı bir şəkillə çıxdığı üçün yaddaşlarda qalır. Fərq yaratmaqla ön plana çıxır. Üstəlik, bu üstünlükləri təmin edərkən yüksək büdcələrə ehtiyac yoxdur. İndi böyük şirkətlərin bu metoda keçdiyini görürük.

Məsələn: Dünyanın ən böyük şirkətlərindən biri piyada keçidini öz məhsulları ilə birləşdirdi və Guerilla marketinq nümunəsi təqdim etdi.

2020-ci ilin yanvar ayında İstanbul hava limanında yüklərini götürmək üçün gələn sərnişinlər nəhəng Samsung Quick Drive paltaryuyan maşın modeli ilə qarşılaşdılar. Samsung, səyahətdən gələnlərin evə gedər-getməz paltarlarını yuma istəklərindən yola çıxaraq baqaj təslimat yerində paltaryuyan maşınların 3D modellərini yerləşdirib. Maketin üst hissəsində ‘’ Baqajınızı da paltarlarınızın yuyulmasınl da gözləməyin’’ ifadəsi yer alıb.

Müəllif Fatimə Əliyeva