TikTokda mavi təsdiq necə alınır?

Son zamanlarda hiperaktiv bir böyümə göstərən TikTok sosial media dünyasında facebook, instagram tandeminə rəqib belə oldu. İstifadəçi sayı milyonları keçən əyləncə məqsədli sosial şəbəkə o qədər sürətlə böyüyür ki, 2019-cu ildə PlaystoreAppstoreda ilin ən çox yüklənən tətbiqi belə oldu.
İnsanların TikToka sürətli axını ilə birlikdə məşhur şəxslər, fenomenlər və böyük şirkətlər də üz tutub  TikTokda hesab açmağa başladılar. Bunu görən TikTok digər sosial şəbəklərdə olan mavi təsdiq ( fərqləndirmə nişanı) aktiv etməyə başladı.

TikTok mavi təsdiq kiriteriyaları necədir?

  • TikTokun mavi təsdiq almaq üçün facebook və instagramdan fərqli olaraq hər hansısa ölkə məhdudiyyəti yoxdur, istənilən ölkədən müraciət edə bilərsiniz.
  • TikTokda facebook, instagram kimi mavi təsdiq üçün hər hansısa müraciət forması və ya bölməsi yoxdur. Gələcəkdə olması ehtimalı yüksəkdir.
  • TikTok əgər sizin digər sosial şəbəkələrdə böyük hesabınız varsa müraciət etmədən belə TikTok komandası tərəfindən hesabınız avtomatik təsdiqlənə bilər. Bunun üçün tək qayda açdığınız TikTok hesabınıza instagram səhifəniz və ya youtube kanalınız qoşulu olmalıdır.
  • TikTokda mavi təsdiq almaq üçün hər hanısısa bir follower və like sayı limiti yoxdur.
  • TikTokda mavi təsdiq üçün müraciət üçün əsas qayda TikTok daxili qaydasına əməl etmək və youtubedəki kimi kontentin sizin özünüzə məxsus olması mütləq şərtdir.
  • TikTokda əgər qurum, şirkət və ya məşhur olmayan şəxsinizsə h o zaman edəcəyiniz tək şey feedback@tiktok.com mail adresinə öz sənədləriniz ( şirkət və ya qrumun) və məlumatlarınızı mail olaraq göndərməkdir. Müraciəti TikTok hesabı açdığınız maillə etməyiniz məsləhətdir.
 Əlavə: TikTokda əgər keyfiyyətli kontent istehsalçısı və məşhur deyilsinizsə TikTok o zaman sizə Popular istifadəçi rozetini verə bilər. Bu daha çox məşhur olmayıb Tiktokda böyük kütləsi və keyfiyyətli kontent istehsalçılarına verilən bir işarədir.