Marketinqdə məhsul yerləşdirmə

Müasir dövrdə hər gün yeni bir məhsulla qarşılaşırıq. Məsələn avtomobillərin yeni modelləri , qadın çantalarının yeni modelləri və s. Belə bir sual ortaya çıxır. Bəs izlədiyimiz filmlərdə yerləşdirilən məhsulların bizim alış-veriş vərdişlərimizə bir təsiri varmı? Öncə məhsul yerləşdirmənin nə olduğuna baxaq. Məhsul yerləşdirmə, filmlərdə markalı məhsulun, və ya məhsula aid reklamın yer alması, proqramlarda aparıcının markalı bir məhsul götürməsi( məsələ meyvə suyu) kimi yollarla reklam olduğu bildirilmədən edilən reklamdır. Məhsul yerləşdirmənin əsas məqsədi müştərinin zehnində məhsulun mövqeyini təmin etməkdir.

Bu strategiyanın digər məqsədlərinə baxaq:

1.Rəqiblərlə mübarizə apara bilmək

2.Markanın məşhurluğunu artırmaq

3.Brend imicinin möhkəmləndirilməsi

4.Məhsul satışını artırmaq

Ən effektiv məhsul yerləşdirmə izləyicinin xəbərsiz olaraq, həmin məhsulu ağlına yerləşdirməkdir. İstehlakçılar bu reklam növünə fərqli yanaşır. Bəziləri bunun müsbət olduğunu düşünsə də , bəziləri bunun düzgün olmadığını , izləyicilər istəməsələr belə reklama məruz qaldıqlarınl düşünürlər. Bu gün əsasən də ABŞ’da ekranda ən çox gördüyümüz marka “Apple”dır. Ən yaxşı filmlərin 30%ində Apple məhsulu ilə qarşılaşırıq. Appledan sonra ikinci yerdə “Nike” , ”Chevrolet” və “Ford” markaları durur. Üçüncü sırada “Sony” , “Dell” ,” Land Rover” və “Glock” durur. Amerikalı prodüserlər məşhur markaların öz proqramlarında yer almasını imic olaraq önəmli görür. Bir zamanların məşhur serialı Gossip Girlsdə başroldakı oyunçuların Blackberry telefonu istifadə etməsi serialın çəkildiyi dövrdə Blackberrynin satışlarında partlayış yaratdı. Məhsul yerləşdirmə strategiyası həmişə qüsursuz hazırlanmır. Səhvli məhsul yerləşdirmə nümunələri ilə də qarşllaşırırq. Yalnış məhsul yerləşdirmə nümunələrindən birinə baxaq:

Dünyanın ən çox izlənən filmlərindən biri olan “Game of thrones”un bir səhnəsində görünən kofe stəkanı bütün dünyada önəmli bir müzakirəyə səbəb olmuşdur. Kimilərinə görə reklam , kimilərinə görə isə səhvdən başqa birşey deyildi. Game of thrones rəsmi Twitter hesabından atılan tweetdə “Daenerys bitki çayı istəmişdi” açıqlaması verilmişdir. Açıqlamaya görə stəkan yerli bir kofe markasına aiddir. Lakin logoya baxarkən ağla Starbucks markası gəlir. Əslində bu kimi səhvlərə film sektorunda daha çox rast gəlinir.

Müəllif: Fatimə Əliyeva