Tomas Edisondan marketinqlə bağlı 30 sitat

ABŞ-ın məşhur ixtiraçısı Thomas Edison elektrik lampası ilə yanaşı XX əsr həyatına istiqamət verən kamera və x-ray kimi bir çox ixtiraya sahibdir. Ən vacibi isə Edison korporativ tədqiqat və inkişafın atasıdır. Yaxşı bir ixtiraçı olmaq ilə yanaşı, eyni zamanda uğurlu iş adamı və marketinq dahisi olan Edison bir neçə şirkətin təsisçisi oldu və bugünün hesabı ilə 200 milyon dollara yaxın şəxsi sərvətin sahibi idi.

Edison İnnovasiya Fonduna görə uğurlu ixtiraçı anası tərəfindən özünə öyrədilən 4 əsas prinsip üzərində təməlini qurub:

1. Əgər uğursuzluğa düçar olsan heç vaxt ümidini itirmə. Bundan nəsə öyrənməyə çalış və şansını sınaqdan keçirməyə davam et.
2. Baş ilə və əllərin ilə öyrən.
3. Həyatdakı bütün varlıqların həqiqi mənası kitablarda deyil. Dünyanı sınaqdan keçir və təcrübə qazan.
4. Öyrənməkdən heç vaxt imtina etmə. Bütün ədəbiyyatdan xəbərdar ol.

Bir internet saytı isə Thomas Edison tərəfindən yazılmış və diqqətə layiq olan sitatları bir araya gətirdi:

“ Bizim ən böyük zəifliyimiz imtina etməkdir. Uğurlu olmağın ən vacib yollarından biri daim şansını yenidən sınamaqdadır “
“ Çox çalışmağın yerini əvəz edə biləcək başqa bir məfhum yoxdur “
“ Uğursuz olmadım. Heç kəsə lazım olmayan 10.000 yeni həll yolu tapdım “
“ Əgər edə biləcəyimiz hər şeyi etsəydik, sözün əsl mənasında, özümüz ilə fəxr edərdik “
“ Nəyi arzu etdiyinizi əməlləriniz ilə göstərirsiniz “
“ Fürsətlər çox insanlar tərəfindən gözardı edilir, çünki o, iş qiyafəsinə bürünüb özünü iş kimi göstərir “
“ Dəyərli bir şey əldə etmək üçün 3 əsas göstərici vardır: çox çalışmaq, sabitlik – davamlılıq və sağlam düşüncə tərzi “
“ Yetkinlik, adətən, gənclik dövründən daha axmaq bir dövrdür və çox vaxt gənclərə qarşı daha ədalətsiz davranır “
“ Dahilik 1% ilham pərisi və 99% səy ilə əldə olunur “
“ Həyatımda heç bir gün çalışmadım. Hamısı əyləncə idi “
“ Məşğul olmaq heç də hər zaman həqiqi iş mənasını vermir. Bütün işlərin məqsədi istehsal, ya da uğurdur və bu nəticələrin hər hansı biri üçün səy göstərməklə yanaşı uzaqgörənlik, sistemlilik, planlama, zəka və dürüst məqsəd olmalıdır. Görüntüdə məşğul olmaq iş deyil “
“ Etdiyim heç bir icad səhvən ortaya çıxmadı. Hamısı çalışmaq nəticəsi ilə yarandı”
“ Bir fikir üzərində düşünən insan imkansız göründüyü nöqtəyə qədər onun üzərində işləyir və daha sonra ümidləri puç olur. Həmin nöqtə bu fikirdən imtina edəcəyimiz nüans olmamalıdır“
“ İcad etmək üçün yaxşı xəyal gücü və biraz lazımsız xırdavata sahib olmalısınız “
“ Burada qayda-qanun yoxdur. Bəzi işlər görməyə çalışırıq “
“ İsraf zərərdən daha da pisdir. Bacarıqları üzərində haqqı olan hər bir insan davamlı olaraq ondan öncə gələn israfı sorğulayacaqdır. Qənaətin ölçüsü limitsizdir “
“ Narahatlıq narazılıqdır və narazılıq irəli gedə bilməyin ilk zərurətidir “
“ Mənə tam razı olan bir insan göstərin və mən də sizə bir uğursuzluq göstərim “
“ Cəsarətli olun! Şirkətlərdə çox sayda böhran ilə rastlaşdım. Amerika bunlardan hər zaman daha güclü və daha zəngin olaraq çıxdı. Sizdən öncəki babalarınız kimi cəsur olun! İnanclı olun! İnkişafı göstərin! “
“ Vücudun təməl funksiyası beyini ətrafda daşımaqdır “
“ Həyatdakı uğursuzluqların bir çoxu imtina etdiklərində uğura nə qədər yaxın olduqlarını bilməyən insanlardır “
“ Bu işi daha da yaxşı etməyin yolu var. Onu tap! “
“ Sizin dəyəriniz sahib olduqlarınıza yox, xarakteriniza əsaslanır “
“ Ən yaxşı fikir yalnız ikən düşünülən fikirdir. Ən pis fikir isə qarışıqlıq zamanı düşünüldü “
“ Möhtəşəm bir fikrə sahib olmaq üçün onlardan bir çoxuna sahib ol “
“ Bir ideyanın dəyəri onun istifadəsinə əsaslanır “
“ Bir icadın maddi dəyərinin işini sevən bir insan üçün mükafat olduğunu düşünürlər. Lakin mən ən böyük həzzimi hiss etməyə davam edirəm və buna görə də mənim mükafatım dünyanın uğur dediyi məfhumdan daha öncə gəlir “
“ Əldə olan qabiliyyətdən daha çox fürsət vardır “
“ Sata bilməyəcəyim bir şey icad etmək istəmirəm. Onun satışı faydalılığının sübutudur və faydalılıq uğurdur “
“ Çatmaq arzusunda olduğum bir qərar verəndə onun ardınca gedirəm və nəticə əldə edənə qədər sınaqdan keçirirəm “

Aynur Əlizadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir