Xarabalıqdan çıxmış 6 milyoner marka sahibi

Hal-hazırda dünyanın ən varlı insanları siyahısında yer alan bir çox məşhur sahib olduqları var-dövləti əldə edənə qədər keşməkeşli yollardan keçmək məcburiyyətində qalıblar. Hətta bəziləri zəngin olmaq üçün bu macəralara atılarkən belə cibində 5 qəpikləri yox idi. Lakin ağır iş rejimi, bacarıq, cəsarət və azacıq şans ilə zirvəyə qalxmağı bacardılar. Business İnsider bu məşhur şəxslərin bəzilərinin həyat hekayələrini bizimlə paylaşdı.

Larry Ellison – “ Oracle “ Təsisatçı Tərəfdaşı

Microsoftdan sonra dünyanın ikinci proqram şirkəti olan Oracle şirkətinin əsasını qoyanlardan biri olan Larry Ellison New York şəhərində Lower East Side ( Aşağı Şərq ) bölgəsində doğulub. Uşaq yaşlarında sətəlcəmə tutulmuşdu və anasının ona baxacaq gücü olmadığı üçün onu Çikaqonun cənub bölgəsində yaşayan xalasının yanına göndərmişdi. Əsl atasını heç tanımamışdı və həyatının son anına qədər ögey övlad olduğunu belə bilmirdi.
1977-ci ildə tərəfdaşları ilə birlikdə Software Development Laboratories adlı verilənlər bazası idarəetmə şirkətini qurdu. 1979-cu ildə şirkətin adı Relational Software olaraq dəyişdirildi, 1982-ci ildə isə Oracle oldu. 2015-ci ilə qədər şirkətin illik gəliri təxminən 38 milyard dollar olmuşdur və Larry Ellison təxmini olaraq 46.2 milyard dollar dəyərində əmlaka sahib idi. Hal-hazırda isə Larry Ellison təyyarələr, yaxtalar, bir neçə malikanə və Havay adalarında adaya sahibdir. Yeri gəlmişkən, 2014-cü ildə Ellison artıq Oracle şirkətində icraçı direktor – CEO olmaqdan imtina etmişdir.

Ursula Burns – Keçmiş “ Xerox “ İcraçı Direktoru ( CEO )

New York şəhərinin Aşağı Şərq adlı bölgəsi indiki klas vəziyyətinə gəlməzdən öncə mafiyaların yığışdığı mərkəzi bölgələrdən biri idi. Ursula Burns subay anası tərəfindən həmin bölgədə yerləşdirilən ictimai mənzillərdə böyüdüldü. Ursulanın anası onu Katolik məktəbinə göndərə bilmək üçün evdən kənarda bir günlük işlətdiyi məkanda geyim ütüləyirdi.
Ursula Burns New York Universitetinə getdi və sonra Xerox texnologiya şirkətində təcrübəçi olaraq fəaliyyətə başladı. Və o, 2015-ci ildə Xerox şirkətinin İdarə Heyətinin Sədri idi. Eyni zamanda, Ursula Burns Fortune 500 şirkətini idarə edən ilk Afro-Amerikalı qadın olmuşdur.

Howard Schultz – Keçmiş “ Starbucks “ İcraçı direktoru ( CEO )

Howard Schultz New York şəhərinin məşhur Brooklyn bölgəsində yer alan Canarsie adlı mühitdə böyümüşdür. O, həmişə yük maşını idarə edən atasının yaşadığı həyat tərzindən daha yaxşı standartlarda yaşamaq istəyirdi. İdmanda uğurlu olaraq Şimali Miçiqan Universitetində bir futbol təqaüdü qazandı.
Schultz məzun olduqdan sonra Starbucksda işləməyə başlamazdan öncə Xerox texnologiya şirkətində işləməyə başladı. Qəhvə vurğunu olan Howard Schultz 1987-ci ildə kiçik qəhvə dükanları zənciri olan Starbucksın baş direktoru olmaq üçün Xerox şirkətindən ayrıldı. İşə 60 mağaza ilə başladıqdan sonra 2017-ci ildə artıq 27 mindən çox mağazaya ( Statistikanın paylaşdığı datalara əsasən ) və Schultz isə 2015-ci ildə artıq 3.1 milyard dollar dəyərində əmlaka sahib idi.

Francois Pinault – Kering Qurucusu

Francois Pinault 1947-ci ildə keçmişdə yaşadığı kasıb həyat tərzinin gündəmə gətirilməsi ucbatından orta məktəbdən ayrıldı. Ailəsinin taxta-şalban ilə məşğul olan biznesinə qatıldı və 1970-ci illərdə kiçik firmaları almağa başladı. Mərhəmətsiz iş taktikaları onu “ yırtıcı “ biri olaraq tanıtdı və məşhurluq qazandırdı. Bazarın çöküntü yaşadığı vaxtda sadəcə maliyyənin bir qismini geri almaq üçün taxta-şalban şirkətini satması da bu taktikalara daxil idi.
Daşınmaz əmlak sektorunda da bu kimi davranışlar göstərərək müəyyən biznesləri iflasdan xilas etmək üçün dövlətdən pul almaq barədə olan bu taktikaları işə yaramışdı. Özünün yaratdığı dəyər sayəsində Gucci, Stella McCartney və Yves St. Laurent kimi markları satan qlobal lüks qrup olan Kering Qrupun ( köhnə adı ilə PPR ) əsasını qoydu. Fransanın ən varlı şəxsi olan Francois Pinault və ailəsinin 2015-ci ildə 13.2 milyard dollar dəyərində bir əmlaka sahib olduqları təxmin edilirdi.

Roman Abramovich – Chelsea Futbol Klubunun Sahibi

4 yaşında olarkən valideynlərini itirən Abramovich əmisi və nənəsi tərəfindən yetişdirildi. O, həyatındakı ilk fürsəti həyat yoldaşının ailəsindən bahalı bir toy hədiyyəsi olaraq qəbul etdi. Sahibkar olmaq üçün kolleci tərk etdi və Moskvada yerləşən bir binada plastik ördəklər satmağa başladı.
1995-ci ildə neft nəhəngi olan Sibnefti aldı. Russian Aluminium və polad istehsalı ilə məşğul olan Evraz Group da daxil olmaqla investisiyalarını daha böyük və gəlirli qazanclara çevirməyə başladı. Milyarder iş adamı üçün mərhəmətsiz olmaq işlərini daha da qaydaya salırdı.
Roman Abramovich hal-hazırda dünyanın ən böyük yaxtasına sahib insandır. Eyni zamanda Boeing 767 model təyyarəsi və Nyu York, Rusiya, Fransada bir neçə evi var. Həmçinin Abramovich Chelsea futbol klubunun da sahibidir.

Sam Walton – Walmart Qurucusu

Sam Waltonun ailəsi 1929-cu ildə Böyük Böhran zamanı ABŞ-ın Oklahoma ştatında yerləşən bir fermada yaşayırdı. Maddi vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə inək sağıb südü müştərilərə sataraq ailəsinə dəstək olurdu. Eyni zamanda qəzet paylayıb jurnal üçün abunəliklər satırdı.
26 yaşında Missouri Universitetindən məzun olduqdan sonra ucuz qiymətlər ilə çox çeşidli məhsulların satıldığı bir mağazanı idarə edirdi. Ben Franklin adlı şəxsin Arkansas ştatında yerləşən ucuzluq mağazasını ala bilmək üçün qayınatasından 20 min dollar borc aldı və ordudan 5 min dollar istifadə etdi. Bu mağazalar zəncirini inkişaf etdirən Sam Walton daha sonra Walmart və Sam’s Club qurdu. 1992-ci ildə öləndən sonra isə şirkəti həyat yodaşı və uşaqlarına əmanət etdi.

Aynur Əlizadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir