Xarabalıqdan Çıxmış Milyonçular – Milyona Qədərki Həyatın Həqiqi Nağılı

544

Hal-hazırda dünyanın ən varlı insanları siyahısında yer alan bir çox məşhur sahib olduqları var-dövləti əldə edənə qədər keşməkeşli yollardan keçmək məcburiyyətində qalıblar. Hətta bəziləri zəngin olmaq üçün bu macəralara atılarkən belə cibində 5 qəpikləri yox idi. Lakin ağır iş rejimi, bacarıq, cəsarət və azacıq şans ilə zirvəyə qalxmağı bacardılar. Business İnsider bu məşhur şəxslərin bəzilərinin həyat hekayələrini bizimlə paylaşdı.

Larry Ellison – “ Oracle “ Təsisatçı Tərəfdaşı

Microsoftdan sonra dünyanın ikinci proqram şirkəti olan Oracle şirkətinin əsasını qoyanlardan biri olan Larry Ellison New York şəhərində Lower East Side ( Aşağı Şərq ) bölgəsində doğulub.  Uşaq yaşlarında sətəlcəmə tutulmuşdu  və anasının ona baxacaq gücü olmadığı üçün onu Çikaqonun cənub bölgəsində yaşayan xalasının yanına göndərmişdi. Əsl atasını heç tanımamışdı və həyatının son anına qədər ögey övlad olduğunu belə bilmirdi.

1977-ci ildə tərəfdaşları ilə birlikdə Software Development Laboratories adlı verilənlər bazası idarəetmə şirkətini qurdu. 1979-cu ildə şirkətin adı Relational Software olaraq dəyişdirildi, 1982-ci ildə isə Oracle oldu. 2015-ci ilə qədər  şirkətin illik gəliri təxminən 38 milyard dollar olmuşdur və Larry Ellison təxmini olaraq 46.2 milyard dollar dəyərində əmlaka sahib idi. Hal-hazırda isə Larry Ellison təyyarələr, yaxtalar, bir neçə malikanə və Havay adalarında adaya sahibdir. Yeri gəlmişkən, 2014-cü ildə Ellison artıq Oracle şirkətində icraçı direktor – CEO olmaqdan imtina etmişdir.

Ursula Burns – Keçmiş “ Xerox “ İcraçı Direktoru ( CEO )

New York şəhərinin Aşağı Şərq adlı bölgəsi indiki klas vəziyyətinə gəlməzdən öncə mafiyaların yığışdığı mərkəzi bölgələrdən biri idi. Ursula Burns subay anası tərəfindən həmin bölgədə yerləşdirilən ictimai mənzillərdə böyüdüldü. Ursulanın anası onu Katolik məktəbinə göndərə bilmək üçün evdən kənarda bir günlük işlətdiyi məkanda geyim ütüləyirdi.

Ursula Burns New York Universitetinə getdi və sonra Xerox texnologiya şirkətində təcrübəçi olaraq fəaliyyətə başladı. Və o, 2015-ci ildə Xerox şirkətinin İdarə Heyətinin Sədri idi. Eyni zamanda, Ursula Burns Fortune 500 şirkətini idarə edən ilk Afro-Amerikalı qadın olmuşdur.

Howard Schultz – Keçmiş “ Starbucks “ İcraçı direktoru ( CEO )

Howard Schultz New York şəhərinin məşhur Brooklyn bölgəsində yer alan Canarsie adlı mühitdə böyümüşdür. O, həmişə yük maşını idarə edən atasının yaşadığı həyat tərzindən daha yaxşı standartlarda yaşamaq istəyirdi. İdmanda uğurlu olaraq Şimali Miçiqan Universitetində bir futbol təqaüdü qazandı.

Schultz məzun olduqdan sonra Starbucksda işləməyə başlamazdan öncə Xerox texnologiya şirkətində işləməyə başladı. Qəhvə vurğunu olan Howard Schultz 1987-ci ildə kiçik qəhvə dükanları zənciri olan Starbucksın baş direktoru olmaq üçün Xerox şirkətindən ayrıldı. İşə 60 mağaza ilə başladıqdan sonra 2017-ci ildə artıq 27 mindən çox mağazaya  ( Statistikanın paylaşdığı datalara əsasən ) və Schultz isə 2015-ci ildə artıq 3.1 milyard dollar dəyərində əmlaka sahib idi.

 

 

George Soros – Maliyyə Mütəxəssisi

Macarıstandakı Nazi işğalında atasının bir dövlət məmuruna pul verməsi hesabına sağ qalan George Soros savaşdan sonra komunist partiyası rejimi altına girən Macarıstandan 1947-ci ildə qaçdı və Londondakı qohumlarının yanına getdi. Soros ofisiant işlədi, dəmiryolunda gözətçi olaraq çalışdı və nəhayət London İqtisad Məktəbinə qəbul ola bildi.

George Soros məzuniyyətdən sonra hədiyyəlik əşya mağazasında satıcı olaraq işə başladı və bir iş sahibi olana qədər Londondakı bütün ticarət banklarında olan menecerlərə saysız-hesabsız məktublar yazdı. Bu onun uzun və son dərəcə uğurlu olan maliyyə karyerasının başlanğıcı idi. 1992-ci ildə İngilis pounduna qarşı girdiyi mərcdə isə 1 milyarddan çox gəlir əldə etməyi bacarmışdı.

Zdenek Bakala

Zdenek Bakala 1980-ci ildə 19 yaşı olarkən sendviçin arasında gizlətdiyi 50 dollar ilə komunist rejimi altında olan Çexoslovakiyadan qaçdı. Buradan ABŞ-ın Nevada və Kaliforniya ştatlarının sərhədində yer alan Tahoe gölünə getdi və Harrah qumarxanasında qabyuyan olaraq işə başladı. Nəhayət ki, Kaliforniya Universiteti, Berkeleydən bakalavr ( University of California, Berkeley ) və Dartmouth Kollecindən MBA ( Master of Business Adminstration ) dərəcəsi aldı. Daha sonra Bakala bank işi ilə məşğul olmağa başladı və məmləkətinə qayıtdı. Divarın dağıdılmasından sonra Credit Suisse First Boston investisiya bankının Praqadakı ilk ofisini açdı. 1994-cü ildə Çexiyada ilk investisiya bankını qurdu. Zdenek Bakala, həmçinin,  2015-ci ildən etibarən həm kömür, həm də dəmir filizi şirkətlərinə başçılıq edir.

Guy Laliberté – Cirque du Soleil Qurucusu

Kanadada doğulan Guy Laliberté sirkdəki karyerasına küçə ifaçısı olaraq başladı. Akkordion çaldı, akrobatların istifadə etdikləri uzun ayaqlar üzərində gəzdi və alov uddu. 1987-ci ildə qayıtmaq üçün yol pulusu olmasa belə, Kanadanın Kvebek əyalətindən Los Angeles Sənət Festivalına uğurlu bir kütlə gətirərək risk almağı bacardı. Bu risk pozitiv nəticə verdi və sirk qrupu bugün dünyaca məşhur Cirque du Soleil olaraq Las Veqasa gətirildi. Professional bir poker oyunçusu və kosmos turisti olan Guy Laliberténin 2015-ci ildəki əmlakının dəyərinin 1.98 milyard olduğu təxmin edilir.

Francois Pinault – Kering Qurucusu

Francois Pinault 1947-ci ildə keçmişdə yaşadığı kasıb həyat tərzinin gündəmə gətirilməsi ucbatından orta məktəbdən ayrıldı. Ailəsinin taxta-şalban ilə məşğul olan biznesinə qatıldı və 1970-ci illərdə kiçik firmaları almağa başladı. Mərhəmətsiz iş taktikaları onu “ yırtıcı “ biri olaraq tanıtdı və məşhurluq qazandırdı. Bazarın çöküntü yaşadığı vaxtda sadəcə maliyyənin bir qismini geri almaq üçün taxta-şalban şirkətini satması da bu taktikalara daxil idi.

Daşınmaz əmlak sektorunda da bu kimi davranışlar göstərərək müəyyən biznesləri iflasdan xilas etmək üçün dövlətdən pul almaq barədə olan bu taktikaları işə yaramışdı. Özünün yaratdığı dəyər sayəsində Gucci, Stella McCartney və Yves St. Laurent kimi markları satan qlobal lüks qrup olan Kering Qrupun ( köhnə adı ilə PPR ) əsasını qoydu. Fransanın ən varlı şəxsi olan Francois Pinault və ailəsinin 2015-ci ildə 13.2 milyard dollar dəyərində bir əmlaka sahib olduqları təxmin edilirdi.

Sheldon Adelson – Əmlak müdürü

Sheldon Adelson ABŞ-ın Massachusetts ştatında yerləşən kirayə mənzillərin birində böyümüşdü və buradakı yataq otağını valideynləri və 3 balaca bacı-qardaşı ilə paylaşmışdı. Atası Litvalı taksi şoferi idi, anası isə toxuma işləri ilə məşğul olurdu. Adelson 12 yaşında olarkən qəzet satmağa başladı və bir neçə il sonra eyni məkanda avtomatik satış maşını proyektini irəli sürdü.

O, ayaqyolu vəsaitləri paketləmədən ipoteka komissiyasına qədər bir neçə fərqli sənayedə şansını sınadı. Ən böyük fürsəti isə kompyuter ticarət sərgisi edən zaman əldə etdi. Sahib olduğu bu zənginlik sayəsinda Adelson əvvəlcə Sands Hotel & Casino, daha sonra isə The Venetian və Makaodakı bəzi qumarxanalara yiyələndi. 2015-ci ildə olan xalis əmlakı təxminən 26 milyard dollar olmuşdur.

Roman Abramovich – Chelsea Futbol Klubunun Sahibi

4 yaşında olarkən valideynlərini itirən Abramovich əmisi və nənəsi tərəfindən yetişdirildi. O, həyatındakı ilk fürsəti həyat yoldaşının ailəsindən bahalı bir toy hədiyyəsi olaraq qəbul etdi. Sahibkar olmaq üçün kolleci tərk etdi və Moskvada yerləşən bir binada plastik ördəklər satmağa başladı.

1995-ci ildə neft nəhəngi olan Sibnefti aldı. Russian Aluminium və polad istehsalı ilə məşğul olan Evraz Group da daxil olmaqla investisiyalarını daha böyük və gəlirli qazanclara çevirməyə başladı. Milyarder iş adamı üçün mərhəmətsiz olmaq işlərini daha da qaydaya salırdı.

Roman Abramovich hal-hazırda dünyanın ən böyük yaxtasına sahib insandır. Eyni zamanda Boeing 767 model təyyarəsi və Nyu York, Rusiya, Fransada bir neçə evi var. Həmçinin Abramovich Chelsea futbol klubunun da sahibidir.

Sam Walton – Walmart Qurucusu

Sam Waltonun ailəsi 1929-cu ildə Böyük Böhran zamanı ABŞ-ın Oklahoma ştatında yerləşən bir fermada yaşayırdı. Maddi vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə inək sağıb südü müştərilərə sataraq ailəsinə dəstək olurdu. Eyni zamanda qəzet paylayıb jurnal üçün abunəliklər satırdı.

26 yaşında Missouri Universitetindən məzun olduqdan sonra ucuz qiymətlər ilə çox çeşidli məhsulların satıldığı bir mağazanı idarə edirdi. Ben Franklin adlı şəxsin Arkansas ştatında yerləşən ucuzluq mağazasını ala bilmək üçün qayınatasından 20 min dollar borc aldı və ordudan 5 min dollar istifadə etdi. Bu mağazalar zəncirini inkişaf etdirən Sam Walton daha sonra WalmartSam’s Club qurdu. 1992-ci ildə öləndən sonra isə şirkəti həyat yodaşı və uşaqlarına əmanət etdi.

AYNUR ƏLİZADƏ