Viral Marketing

136

 

Anlamı “virus şəklində yayılmaq” ifadə edən viral marketing sürətlə inkişaf edən marketing alətlərindən biridir. Virus kimi yayılma səbəbi istifadəçinin marağını cəlb edərək reklamı unutduraraq, istifadəçini bunu paylaşmağa cəlb edir.  Ən böyük üstünlüyümüz bu vasitə ilə qısa zamanda çox geniş bir aditoriyaya çıxa bilməmizdir.

Doğru Viral yaratmaq üçün nələrə diqqət edilməlidir ?

Viral marketingdən istifadə zamanı aşağıdakı amillərə diqqət etməyimiz gərəkməkdədir.

1.İlk olaraq yaradacağınız kontentdə bir sloqan, həştəq, hərəkət verici bir amil və s (bu sizin xəyal gücünüzə baxır) insana cəlb edici bir şey olması mütləq şərtdir.

2.Yaradacağınız kontetin aditoriyasını nəzərə alaraq, viral üçün düzgün sosiyal şəbəkənin seçilməsi. (facebook, instagram, blog, youtube və s)

3.Kontenti və düzgün sosiyal şəbəkəni seçdikdən sonra öz sosiyal medya hesabnızla bərabər bu kontentinizin viral hala gəlməsi üçün həmin sosiyal şəbəkə fenomenləri (influencer-ləri) sizin köməyinizə çata bilərlər.

4.Ən önəmli amillərdən biri isə kontentinizi bir neçə dəfə yoxlamağınızdır ki, sonradan gülüş hədəfi və ya lağ-lağı mövzusuna çevrilməyəsiniz. Məsələn   Justin Bieber çox məşhurkən və hər gün öz aktuallığını durmadan artımaqda ikən, bir gün yaranan əks kütlə ilə durmadan dislike almağa başladı, böyüyən dislike kampaniyasına qoşulanlar artıqda ifaçının youtube hesabı 3 milyondan çox dislike alaraq dünyada ən çox dislike almış ifaçı oldu.

Anlayacağınız kimi Viral adlı virusumuz çox gözəl bir şey olsa da bəzən əks təsir yaradır, bunu nəzərə alaraq kontentə, aditoriyanıza, yayılacağınız sosiyal medya hesablarına diqqət etməniz gərəkməkdədir.

 

Kamran Saleh.