TOMAS EDİSONDAN RUH YÜKSƏKLİYİ  YARADAN 30 MƏSLƏHƏT

132

 

Tomas Alva Edison- amerikalı ixtiraçı və sahibkar. Dünyaşöhrətli ixtiraçının bir çox həyatımızda mühüm rol oynayan ixtiraları vardır. Məsələn, elektrik lampası, fonoqraf ,elektriklə işləyən qatarlar və s. Telefonla danışan zaman “alo” deməyi ilk o təklif etmişdir. Düşünün, hər gün neçə dəfə Tomas Edisonu xatırlayırıq.

Tomas Edison məktəbdə 3 ay oxuyub. Təhsili ilə evdə anası məşğul olmuşdur. Yazılanlara görə o, həyatı boyu anasının ona verdiyi 4 prinsipi əsas götürmüşdür :

  1. Uğursuz olsan, heç vaxt həvəsdən düşmə. Praktika olsun və bundan nəticə çıxart. Yenidən yoxla
  2. Beynini(məntiqini) və əllərini işlət
  3. Həyatda hər şeyin əsl mənası kitablarda deyil. Dünyanı öyrən və praktika et
  4. Hər zaman öyrən

T.Edison 1876-cı ildə tədqiqat xarakterli ilk laboratoriyasını açmışdır. O, zəhmətkeşliyi və məqsədyönlülüyü ilə fərqlənirdi, ömrünün son günlərinə qədər gündə 15-16 saat işləyirdi. Təsəvvür edin, Elektrik lampası üçün daxili xətti material axtararkən 6 min materialı sınaqdan keçirmişdi. Lampanın kömür zəncirinin xarakteristikasını tərtib edərkən 45 saat laboratoriyada fasiləsiz işləmişdi.

Maraqlıdır ki, bu qədər əzmlə çalışan və güclü iradəsi olan ixtiraçı uğursuzluqla  üzləşdiyi anda necə davranıb, motivasiyası, ilham mənbəyi nələr olub və ruh yüksəkliyini necə qoruyub saxlayıb?

Budur: aşağıda T.Edisonun sizə faydalı ola biləcək məsləhətləri və motivasıyasını təqdim edirik. Ümid edirik sizi ruhlandıracaq

  1. Ən böyük zəiflik imtina etməkdir, uğurlu olmaq üçün istədiyimizi əldə edənə qədər yoxlamaq, təcrübə etmək mütləqdir
  2. Çox işləməyin yerini tutan heç bir şey yoxdur
  3. Heç vaxt uğursuz olmamışam, sadəcə lazımsız 10.000 üsul tapmışam
  4. Edə biləcəyimiz hər şeyi etsəydik, özümüzə valeh olardıq
  5. Etdiklərimiz nəyi arzuladığımızı aydın formada göstərir
  6. Fürsəti və şansı çox insan itirər. Çünki fürsət və şans, iş geyimini geyər və iş kimi görünər
  7. Dəyərli nəyisə əldə etmək üçün 3 şey vacibdir : fasiləsiz işləmək, sabitlik və sağlam düşüncə
  8. Dahi 1% ilham və 99% tərdən meydana çıxır
  9. Həyatımda bir gün belə işləmədim, hamısı əyləncə idi
  10. Məşğul olmaq həmişə işləmək demək deyil. Bütün işlərin məqsədi istehsal ya da uğurdur. Və bu nəticələrin hər hansı birini almaq üçün sistem, plan, ağıl və dürüst məqsəd olmalıdır.
  11. Yeni bir fikir formalaşdıran hər kəs qeyri-mümkün olan ana qədər üzərində işləyər, sonra həvəsdən düşər. Amma bu an, bu nöqtə həvəsdən düşəcək nöqtə deyil
  12. İxtira etmək üçün təxəyyül mütləqdir
  13. Burada qayda-qanun yoxdur. Nəsə əldə etməyə, uğur qazanmağa çalışırıq
  14. Rahatsızlıq məmnunsuzluqdur və məmnunsuzluq irəliyə getmək üçün vacibdir.
  15. Mənə tam razı qalan bir insan göstərin , mən də sizə uğursuzluq göstərəcəyəm
  16. Cəsarətli olun! Şirkətlərin bir çoxunda krizis şahidi oldum. Ancaq Amerika həmişə daha güclü və varlı olaraq çıxdı. İnamlı olun ! İnkişaf edin və bunu göstərin
  17. Bədənin əsas funksiyası beyni gəzdirməkdir.
  18. Həyatda uğursuz olanların çoxusu həvəsdən düşəndə uğura nə qədər yaxın olduqlarının fərqində olmayan insanlardır.
  19. Bunu daha yaxşı etməyin bir yolu var : Onu tap
  20. Sizin nə qədər dəyərli olduğunuzu sahib olduğunuz şeylər yox, şəxsiyyətiniz müəyyən edir
  21. Düşünərkən tək ol.
  22. Bir fikrin dəyəri onun istifadəsində gizlidir
  23. Möhtəşəm bir fikrin olmasını istəyirsənsə, onların çoxusunu istə
  24. Kimsə bir ixtiranın maddi dəyərinin işini sevən bir insanın öz mükafatını yaratdığını düşünə bilər. Amma mən ən çox zövq alacağım şeyi axtarmağa davam edirəm və buna görə də mənim mükafatım dünyanın uğur adlandırdığı mövhumdan daha əvvəl gələn bir şeydir
  25. Qabiliyyətdən daha çox fürsət var qarşımızda
  26. Sata bilməyəcəyim bir şey ixtira etmək istəmirəm. Çünki onun satışı yararlılığının sübutudur və yararlılıq uğurdur
  27. Əldə etmək istədiyimi bir şeyə nail olana qədər həvəsdən düşmədən üzərində çalışıram
  28. Mən vegeterianam və içki içmirəm, ona görə də ağlımı işlətməyin yolunu tapmışam
  29. Mən məğlubiyyəti sevmirəm
  30. Təsadüfən heç bir şey ixtira etməmişəm. Onlar fasiləsiz əməyimin nəticəsidir.

    Fidan Əlisoy