Süni İntellekti Rəsm ilə Birləşdirən Tətbiqetmə: Google Autdraw

114

Süni İntellekti Rəsm ilə Birləşdirən Tətbiqetmə: Google Autdraw

 

Həyatı daha da asanlaşdırmaq, sürətli və güvənli hala gətirmək üçün süni intellekt sistemi bu dəfə şəkil çəkərkən istifadə olunur. Google şirkətinin AutoDraw adını verdiyi tətbiqetmə süni intellekti şəkil ilə birləşdirir. Və Google tərəfindən hazırlanan məhşur “ bunu demək istəyirsiniz? “ tətbiqetməsinə bu dəfə AutoDraw istifadə edərkən rastlaşırıq.

Bugün hər bir insan əlinə kağız qələm aldıqda şübhəsiz ki, başa salmaq istədiklərini fərqli dizayn və şəkillər ilə ötürmək istəyir. Məsələn, bu yol istiqaməti də ola bilər, mağazadan alacağımız məhsulun təsviri də ola bilər və ya ibtidai sinif şagirdlərinin çəkməyə çalışdığı əşya, heyvan və s. ola bilər.

Google bütün bu istəkləri və daha neçəsini təmin edə biləcək bir özəlliyi olan Autodraw tətbiqetməsini inkişaf etdirdi. Bu tətbiqetmə ilə həm çəkilən şəkil başa düşülən vizuala çevrilir, həm də məzmuna uyğun rəngli infrastruktur yaranır. Üstəlik bütün bunları edərkən hər hansı bir üzvlük və yükləmə funksiyası lazım gəlmir. “ Hər kəs üçün şəkil “ sloqanı ilə yayılan bu tətbiqetmə kompüter, planşet, telefon vasitəsilə təcrübədən keçirilir.

Autodraw Nədir?

2017-ci ilin Aprel ayında tanınan bu tətbiqetmə həm web, həm də mobil telefon ilə rahat istifadə olunur. Tətbiqetməni sınaqdan keçirmək üçün Autodraw.com adresini istifadə etməyimiz kifayətdir. Üzvlük tələb etməyən bu tətbiqetmədən elə həmin dəqiqə istifadə edib müxtəlif rəsmlər çəkə bilərsiniz. Çəkdiyiniz rəsmlərin mənalı məzmuna çevrilməsi isə süni intellekt sayəsində gerçəkləşir və “ Bunu nəzərdə tutursunuz? “ ( Do you mean? ) təklifi ilə çəkdiyinizə yaxın mənalı rəsmlər düzgün şəkildə sizə təqdim olunur.

Hal-hazırda çəkilən rəsm yaddaşda qalmır, amma eyni brauzer üzərindən daxil olduğunuzda çəkilən rəsmə “Start Over” əmri verilməyibsə ilk edilən rəsmə davam edilir. Həmçinin rəsmlər PNG formatında saxlanılır və istənilən sosial şəbəkə hesablarında paylaşıla bilir.

Autodraw istifadəsi

Google tərəfindən inkişaf etdirilən bu tətbiqetmənin istifadəsi çox asandır və burada rəsm çəkmək həqiqətən də əyləncəlidir. İstənilən rəsm çəkdiyiniz zaman tətbiqetmə bunun ən uyğun versiyalarını sizə təqdim edərək işinizi asanlaşdırır. Və siz bu təkliflərdən ağlınızda olan fikrə uyğununu seçərək rəsmə yenidən davam edə bilirsiniz. AutoDraw həm uğursuz rəsm çəkən insanların işlərini qaydaya salır, həm də öz şəxsi və keyfiyyətli şəkillərini tətbiqetçəyə yükləmək üçün bacarıqlı insanlara şərait yaradır.

Aynur Əlizadə