Süni intelektlərin digital marketinqdə istifadə olunacağı istiqamətlər.

187

Facebook, AT&T ve IBM  önəmli markalar süni intelektlərin tətbiqini durmadan genişləndirirlər. Önümüzdəki illərdə isə süni intektlərin tədbiqinin daha çox tədbiq ediləcəyi sahələrsə bunlardır.

1. Axtarış Motorları

Elektron ticarək sektorunun inkişafı ilə və də web saytların durmadan artması ilə inkişaf etməkdə olan və “açar sözlər” adlandırdığımız ifadələrlə axtarışlar hər keçən gün bir qədər də artım sərgiləyir. Sosial şəbəkələrimiz isə bu açar sözlərə uyöun olaraq istifadəçilərə axtardıqlarını tapmaqda yardımçı olmağa çalışır. Süni intelektlərin tədbiqi ilə bu funksiyalar daha da dəqiq bir başa axtardığımızı bizə verməyə yönəlik işləməyə başlayacaq.

2. İstifadəçiyə alternativlər sunmaq.

Hər biriniz gündəlik olaraq bu axtarış motorlarından istifadə edərək hər hansısa bir məlumatı və ya məhsulu axtarırsınız. Ancaq bu məhsulları axtardığınız zaman sizə bu məhsulların alternativləri və ya ona yaxın digər məhsullar da təqdim olunur. Eyni zamanda axtarış motorlarından istfadə edib axtardığınız məhsulun qısa bir zaman sonra sosial mediada hər tərəfdə rastınıza keçməsi də yəqin ki, diqqətinizi cəlb edib. Bu mövzuda da artıq süni intelektlər ciddi rol sahibidirlər.

3.Səsli və ya yazılı mətnin anlaşılması.

2016-cı ildən daha çox Amerikada Facebook, Amazon və Uber tərəfindən istifadəsinə başlanmış bir tədbiqdir. İstifadəçi Facebook messengerlə çiçək sifariş verə bilər və ya Amazon Echo vasitsəi ilə Dominos pizza ala bilər ya da taksi sifarişi edə bilərlər. İstifadəçinin səsini tanımaya yönəlmiş alqoritmaların tətbiqi isə bu şirkətlər tərəfindən dünyada daha çox durmadan istifadəyə çalışılır. İstifadəçilərin daha rahat elektorn ticarət tükəticisinə çevrilməsi mövzusunda kifayət qədər uğurlu olmuş bir tədbiqdir.

4.Marketing təxminləri.

İstifadəçinin bu gün elektron ticarət saytlarından aldığı məhsullardan, onların axtarış motorlarına verdiyi açar sözlərdən, sosialda izlədiyi səhifələrdən tutmuş bir çox şeylərdən analiz çıxararaq gələcəkdə bazarın hansı istiqamətə gedəcəyini, hansı məhsulların daha çox tükədiləcəyini və yeni hansı məsullara təlabatın artacağını da müəyyən etmək artıq süni intelektlərin işi olacaq.

5. Proqramlana bilən reklamlar.

Bəs proqramlana bilən reklamlar nədir ? Google-da və ya digər bir axtarış sistemində hər hansısa bir məhsulumu axtarıdınız ? Və sonrada başqa bir sosial şəbəkəyə keçərkən və ya internetdə film izlərkən ya da hər hansısa bir əməliyyatı edərkən qarşınıza həmin axtardığınız amma almadığınız məhsulmu çıxdı ? Baxın, bu proqramaşdırıla bilən reklamlarıdır. Bir məhsulu axtarıb sonra almadıqda və ya aldıqdan sonra bizə yeni eyni markaya məxsus müxtəlif məhsulların endirimlə təklif olunması və bu kimi bizi qaraba qara izləyən reklamlar da artıq süni intelektin əlində olacaq.

Kamran Saleh