SON İLLƏRİN ƏN ÇOX DİQQƏT ÇƏKƏN İRQÇİ REKLAMLARI

458

Müxtəlif markalara aid olan irqçi reklamlar ilə son zamanlar çox rastlaşmışıq. Hətta bu reklamların bəzilərində irqçilik o qədər qabarıq təsvir olunub ki, insanlar “ Görəsən markalar diqqət çəkmək üçün bilə-bilə belə reklamlar hazırlyırlar? “ deyə düşünməyə başlayırlar. İrqi ayrıseçkiliyi gündəmə gətirməklə məşhur olan markalar arasında İsveç geyim markası H&M və şəxsi qayğı məhsulu olan Nivea da yer alır.  Həmçinin digər markaları da nəzərdən keçirə bilərik:

Dove

Şəxsi qayğı məhsulları istehsal edən Dove markasının Facebookda yaratdığı reklam kompaniyası sosial media istifadəçilərinin qəzəbinə tuş gəldi. Reklam kompaniyasında istifadə olunan ilk şəkildə qaradərili bir qadının əynindəki köynəyi çıxarması və köynəyin altından bəyazdərili bir qadının çıxması təsvir olunurdu. Digər şəkildə  bəyazdərili bir qadının köynəyini çıxarması və bu geyimin altından da Asiyalı qaradərili bir qadının çıxdığı görünürdü. Və belə bir vəziyyət təbii ki, sosial media istifadəçiləri tərəfindən xoş qarşılanmadı və irqçilik mövzusunda müxtəlif müzakirələrə səbəb oldu. Bir çox insan Dove markasını irqçiliyi təbliğ edən bir marka kimi günahlandırdı. Bu cür sərt davranışlardan sonra Facebook reklamı Dove tərəfindən qısamüddətli olaraq aradan qaldırıldı. Və Dove rəsmi Twitter hesabından mövzu ilə əlaqədar açıqlama edərək insanlardan üzr istədi.


Nivea

Dove markası kimi şəxsi qayğı məhsullarının istehsalı ilə məşğul olan Nivea markası da irqi ayrıseçkiliyi təbliğ edən bir reklam ilə gündəmə gəldi. Qəribə olan isə Nivenın bu reklamının Dove markasının diqqət çəkən reklamından az bir müddət sonra meydana gəlməsi idi. Nigeriyanın keçmiş gözəllik kraliçası və iş qadını Omowunmi Akinnesinin rol aldığı Nivea reklamında “ Gözlə Görünəcək Dərəcədə Açıq Dəri “ sloqanı irəli sürülmüşdü.

Nigeriya, Kamerun, Qana və Seneqal reklam lövhələrində Niveanın bu reklamlarına yer verilməklə yanaşı, eyni zamanda televizorlarda da yayımlanmağa başladı. Burada isə Omowunmi Akinnesi kremi xoşbəxt bir halda bədəninə sürtərkən həmin bölgədə dərinin rənginin daha açıq hal almasını insanlar müşahidə edirdilər. Niveanın bu reklamı sosial media istifadəçiləri tərəfindən irqi ayrıseçkiliyi təbliğ edən bir reklam kimi dəyərləndirildi və yayımdan qaldırılması tələb edildi. Bütün bu reaksiyalara qarşı olaraq Nivea “ Kompaniya heç kəsin cildinə olan qayğı ehtiyacını və seçimlərini alçaltmaq və yüksəltmək kimi bir məna daşımır “ şəklində bir açıqlama ilə cavab verdi. Və adı çəkilən Natural Fairness ardıcıl məhsul toplusunun təbii və UV filtr tərkibindən ibarət olduğunu, həmçinin məhsulun məqsədinin günəş qaynaqlı melanin ( tünd rəngli piqment yaranması ) artıqlığını azaltmaq olduğunu ifadə etdi.

H&M

Bu yaxınlarda İsveç hazır geyim markasının internet saytındakı bir şəkil müzakirələrə yol açdı. H&M markasının saytında satışa qoyulan və qaradərili bir uşaq tərəfindən sərgilənən geyimin üzərində “ Cəngəlliyin Ən Bomba Meymunu “ ( Coolest Monkey in the Jungle ) yazılmışdı. Təbii olaraq bu görüntü insanlar tərəfindən  İsveç şirkətini irqi ayrıseçkilik təbliğatında günahlandırırdı.

Mövzunun sosial mediada böyük reaksiya ilə qarşılaşmasından sonra H&M qınaq obyekti olan görüntünü bütün hesablarından sildi. Həmçinin mövzu ilə əlaqədar olaraq açıqlama edən şəxs bu görüntü ucbatından təhqir olunan bütün şəxslərdən üzr istədiyini ifadə etdi.

Popchips

Bir çipsi markası olan Popchips məşhur aktyor Ashton Kutcherin Raj adlı hind insanı canlandıran YouTube videosunu yayımladı. Məqsədin parodiya olmasına baxmayaraq bu reklam insanlarda mənfi düşüncələr yaratdı və daha sonra isə yayımdan qaldırıldı. Popchipsin CEO-su isə reklam videosunun yayımdan qaldırılmasını səbəblərini belə açıqladı:  “ Bugün başladığımız tanışlıq kompaniyası parodiyası ilə əlaqədar çox sayda reaksiyalara məruz qaldıq və öz düşüncələrini paylaşmaq üçün vaxtını ayıran hər kəsə minnətdarlığımızı bildiririk. Komandamız pozitiv enerjili və gülüş məqsədli, müxtəlif xarakterləri özündə əks etdirən bir parodiya yaratmaq üçün çox çalışdı. Məqsədimiz heç kəsi incitmək deyildi. Bütün məsuliyyəti öz üzərimə götürürəm və qəlbini qırdığımız hərkəsdən üzr istəyirəm “.

PlayStation

Sony şirkətinin video oyun konsolu markası PlayStation 2004-cü ildə PlayStation Portable və ya qısa olaraq PSP adında daşınan oyun konsolu istehsal etdi. PlayStation Portable üçün hazırlanan açıq hava reklamlarının biri isə bir çox insanın bu markaya sərt reaksiya verməsinə səbəb oldu. PlayStation Portablenin ağ rəngini tanıtmaq üçün hazırlanan reklam lövhələrində təsvir olunan “ Bəyaz Gəlir “ ( White is Coming ) sloqanı və bu sloqan altında bəyazdərili bir qadının özündən daha qaradərili olan bir qadını mərhəmətsiz şəkildə çənəsindən tutduğu görünürdü. Bu reaksiyalara qarşılıq olaraq Sony əslində reklamda ziddiyəti ön plana çəkmək istədiklərini vurğulayaraq özünü müdafiə etmişdi.

Intel

Texnoloji şirkət olan İntelin Core 2 Duo prosessor məhsulunu tanıtmaq üçün paylaşdığı reklamda bəyazdərili bir insan və yanında əyilmiş 6 qaradərili atlet yer alırdı. Görüntüdəki yazı isə belə idi: “ Hesab Performansınızı Çoxaldın və İşçilərinizin Gücünü Ən Yüksəyə Qaldırın “ ( Multiply Computing Performance and Maximize The Power of Your Employees ). Reklamda qaradərili insanların qul kimi təsvir edilməsi təbii olaraq qəzəbə tuş gəldi. Qəribə olan isə İntelin əslində reklamın irqçi və təhqiramiz olduğunu başa düşməsi və yayımlanmadan əvvəl dayandırılmasını istəməsi idi. Lakin İntelin bütün səylərinə baxmayaraq bu reklam plakatları çap edilmişdi.

Aynur Əlizadə