Şəhriyar Məmmədyarov və Benjamin Franklin

817

Hamımız Benjaminin birinə deyil də milyonlarına sahib olmaq istəyənlərik. Hələ də həsətlə baxdığımız bir çox insanlar var ki, onlar da Benjamindən boldurlar, elə Şəhriyar Məmmədyarov kimi. Amma adam daha çox Benjamin istəyir. Bundan öncəki yazılarımda influencer-lər haqda (öncəki yazılar üçün link, keçid1 keçid2) tərcümələr etmişdim, bu dəfə tərcüməsiz sadəcə mövzunu anlatmağa çalışacam.   Şəhriyarın Personal brandiginin rəqibləri qarşısında mat olduğunu da qeyd edə bilərik, dostumuz Fərid Məhərrəmli Magnusla müqaisəsini aparıb. Buyurun müqaisə ilə tanış olun.


Gələlim Şəhriyara dəstək olmağa çalışan xırda para şirkətlərə, qətiyən bu ifadəni özünüz üçün təhqir hesab etməyin, mənim çalışdığım şirkət xırda paradır, hətta sizə əmin edə bilərəm ki, 10.000 azn təklif etsəniz şirkəti sizə göydə satarlar. Yəni çox da şeyləmiyin, şahımızın sizin 3-5 qəpiyinizə ehtiyacı yoxdur və bu tipdən rahatlıqla 3-5 şirkət də alacaq imkandadır.   “Bəs şahımız nə istəyirdi?” sualı yaranır ki, onada cavab verməyə çalışacam. Bu gün Şəhriyar kimi bir çox tanınmış idmançıları və ya digər tanınmış şəxslər müxtəlif marka və brendlərin simalarına çevrilir və buna görə o şəxslərə bəzən milyonlar ödənir. (Yuxarıda influencer-ləri buna görə qeyd etmişdim) Amma bir marka özünə sima seçərkən nəyə diqqət edir? Seçəcəyi simanın onun izləyiciləri onun markasının alıcısı olması, simanın aditoriyası, aditoriya tərəfindən nə qədər səmimi qəbul olunması və s kimi bir çox amillərə toxunur. Amma bizim şahımızın mat qalmış personal brandinginə nə üçün hansı marka onun istədiyi o məbləği ödəməlidir ki ? 4.000-lik izləyici aditoriyasına görəmi ? ya hələ də təsdiq olunmamış sosial media hesablarına görəmi? Bəy yaxşı bir şey istəyir də amma hansı özünü təsdiqləməyən vizionuna görə ?

Məsələn sizə belə bir şey deyim, hamınızın yaxşı tanıdığı Nusret Gökcenin aylıq personal branding xərcləri 250.000 ABŞ dolları təşkil edir.

Bəs Musret üçün bu işi görən adam nə edir ? Bu işi görən menecer və kamandası Nusretin hansı gün, harda nə edəcəyini, sosialda necə bir fotosunun paylaşılacağını, onun hansı mövzuda fikir bölüşəcəyini, bölüşəcəyi fikrin nə olacağını, harda nə geyinəcəyini, kimlə görüşəcəyini və s kimi hər şeyi planlaşdırırlar. Şahımız isə öz ana dilində normal stat yaza bilmir, amma və lakin özünə sponsor axtarır, fikrimcə ilk olaraq personal branding işləsə ondan sonra sponsor axtarsa daha rahat sponsor tapar, heç onun tapmağınada ehtiyac qalmaz, şirkətlər özü gələr.

Müəllif: Kamran Saleh