Redbullun İlhamverici Hekayəsi

197

 

“Redbull qanadlandırır” sloqanı ilə yola çıxaraq dadı qədər reklamları ilə milyonların ürəyinə yol tapan bu markanın əlbəttə ki, bir hekayəsi var.İlk gündən bugünə qədər marka kimi öz dəyərini necə qoruyub artırmasında çox incə detallar vardır ki, onu bu hekayədə görmək mümkündür. Redbullun hekayəsi əslində onun yaradıcısının həqiqətən ehtiyac hissindən yaranmışdır.

Hekayənin ana sütunu Avstiryalı marketinq işçisi olan Dietrich Mateschitzdır. Dietrich marketinq sektorunda çalışan və 1979-cu ildə Bandex şampun markasında işləməsi ilə yeni yazacağı hekayəyə start vermiş olacaqdır.

Dietrich 1982-ci ildə iş ilə əlaqədar olaraq Taylanda səfər edir. Uzun zamanlı uçuş keçirən və ölkələrarası yaranan saat qurşağına görə Dietrich kəskin yuxusuzluqdan əziyyət çəkirdi.Çoxsaylı görüşlərdə yuxulayan Dietrichtə yerli iş adamları yuxu qaçıran və enerji gətirə bilən bir içkidən bəhs edirlər. Bu içkini test edən Dietrich nəticənin həqiqət təsirli olduğunu görür.

Bu işdə bir şansının olduğunu hiss edən Dietrich içkini araşdırmağa başlayır. Blandex şirkətinin Taylandda işlədiyi şirkət şampundan başqa bu enerji içkisinin satışı ilə də mışğul olduğunu öyrənir. İçkinin adı isə tay dilində Krating Daeng adlanır. Adın tay dilindən  hərfi tərcüməsi “qırmızı su öküzü” mənası verir ki, gələcəkdə yaradılacaq Redbull markasının loqosunda günəsin önündə bir-birinə zidd duran iki qirmizi öküz şəkli yer alacaqdı. Taylandlı iş adamı Chaleo Yoovidhya Dietrichə bu içkini avropada satmağı təklif edir. Dietrich bu təklifi çox bəyənir və 1984-cü ildə ənənıvi işindən ayrılaraq Chaleo ilə birlikdə 500.000 dollar ilə kiçik ad dəyişimi və loqo ilə günümüzün Redbull markasını avropa bazarına çıxarırlar.

İlk olaraq satışlara Avstiryada başlasalar da yerli əhali bu içkinin dadını heç sevmir lakin ortaqlar sifarişi daha da artırır və test üçün digər avropa ölkələrinə də göndərirlər.İlk ildə ortaqların birlikdə ziyan etdiyi məbləğ 2 milyon dollar həcmində olur.

Daha sonra marka sahibləri içkini gənclərə, tələbələrə pulsuz daddırma edir və bir neçə idman oynuna sponsor olur.Bu müddət ərzində redbull eyni zamanda Almaniya, Macarıstan kimi ölkələrdə satışa başlayır. Almaniyada bu içki insanlar tərəfindən çox sevilir və redbulun uğur hekyəsi buradan başlayır.1992-ci ildə Da Vinci ilə bilinən ilk reklam çəkilir.

Bu gün dünyanın hər yerində olduqca çox tükədilən Redbull markası digər içkilər ilə birlikdə istifadə edilməsi də onun üstünlüyünü daha da artırır.  Bugün Red Bull hissələrinin %51’i Yoovidhya’a,  %49’u ise Mateschitz’e aiddir.

Fərid Məhərrəmli