Maslow-un Qəhvə Piramidası

345

 

  • Maslow-un Ehtiyac İyerarxiyasını insan motivasiyasını beş əsas ehtiyac təşkil edir. Bunlar: fizioloji ehtiyaclar, təhlükəsizlik ehtiyacı, sevgi və aid olma ehtiyacı, hörmət ehtiyacı və özünü sübut etmə ehtiyacıdır.
  • The Middle Class Handbook adlı internet saytı də əhəmiyyətli qəhvə dükanı zəncirlərini Maslow’un Ehtiyaclar İyerarxiyasına görə sıraladı.
  • The Middle Class Handbook-un etdiyi sıralamada: Costa Coffee, Starbucks, Pret, Caffe Nero və AMT Coffee iştirak edir.

Bəlkə də aranızda daha əvvəllər Maslow-un Ehtiyac İyerarxiyası haqqında eşitmiş və onun haqqında məlumat sahibi olanlar var. Bilməyənlər üçün isə qısaca izah edək. Maslow-un Ehtiyac İyerarxiyası 1943-cu ildə ABŞ-dan olan psixoloq Abraham Maslow-un yazdığı bir məqalədə ortaya çıxardığı insan psixologiyası ilə bağlı bir teoremdir. Malow-un Ehtiyaclar iyerarxiyasına görə, insan motivasiyasının altında beş əsas ehtiyac vardır. Bunlar: fizioloji ehtiyaclar, təhlükəsizlik ehtiyacı, sevgi və aid olma ehtiyacı, hörmət ehtiyacı və özünü sübut etmə ehtiyacıdır.  Bu nəzəriyyəyə görə, insan  ən təməl ehtiyacı olan fizioloji ehtiyaclarından başlayaraq ən sonunda özünü sübut etmə ehtiyacına çatmağa çalışır.

The Middle Class Handbook adlı internet saytı də əhəmiyyətli qəhvə dükanı zəncirlərini Maslow’un Ehtiyaclar İyerarxiyasına  görə sıraladı. Başqa sözlə desək, hər bir qəhvə mağazası zənciri, Maslow’un Ehtiyaclar Hiyerarşisi’ndeki bir ehtiyac ilə uyğunlaşdırıldı The Middle Class Handbook-un etdiyi bu uyğunlaşdırmaya və bu uyğunlaşdırmanı necə etdiyinə birlikdə nəzər salaq.

Fizioloji tələblər – Costa Coffee


Qəhvə mağazası zəncirlərinin Maslow-un Ehtiyaclar iyerarxiyasına görə paylanmasında, fizioloji ehtiyaclara uyğun gələn və  pillənin ilk sırasında yer alan mərkəzi  Birləşmiş Krallıq olan qəhvə dükanı zənciri Costa Coffee-dir. Çünki Costa Coffee, hər hansı bir əlavə üstünlük təqdim etmədən təməl qəhvə impulsunu təmin edər. Bu qəhvə dükanı zənciri, daha çox  benzin stansiyalarında və alış-veriş mərkəzlərində rast gəlinir. Bu səbəblə zövqlü bir təcrübədən çox, funksional, tələsiyə gətirilmiş və konfortsuz qəhvə içmə xüsusiyyətlərini özündə daşıyır.

Təhlükəsizlik ehtiyacı – Starbucks


Starbucks, pis bir qəhvə içmək, tələsmədən bir şirniyyat yemək və e-poçt-u yoxlamaq üçün uyğun bir yerdir. Eyni zamanda normallıq, mədəniyyət və məhsuldarlıq deməkdir. Səylərinə baxmayaraq, daha yüksək bir ehtiyacı qarşılaya bilməz, çünki suyu davamlı olaraq işlək buraxan və etik olmayan bir markadır.

Sevgi və aid olma ehtiyacı – Pret

Eyni Costa Coffee kimi mərkəzi Birləşmiş Krallıq-da yerləşən bir qəhvə mağazası zənciri olan Pret-də qəhvə olduqca yaxşıdır və xidmət hər zaman cana yaxın və enerjili bir şəkildə həyata keçirilir. Bundan əlavə ən son edilən mağaza yenilənmələrinin də çox xoş olduğu deyilir.

Hörmət ehtiyacı – Caffe Nero


Sakin və qəşəng olan Caffe Nero kifayət qədər özünüzdən məmnun hiss etmənizi təmin edər. Qəhvəsi bir az acıdır, ancaq bu hissi əlavə etdiyiniz hər hansı bir şey doğru etdiyinizi göstərir. 1990-cı illərdə Gerry adındakı bir Amerikalı tərəfindən qurulmasına baxmayaraq, zəncir qəhvə dükanlarının içində həqiqətən ən Avropalı kimi Görünən məhz bu məkandır. Burada qəhvə içən insanlar, qəhvəyə və özlərinə hörmət göstərirlər.

Özünü sübut etmə ehtiyac – AMT Coffee


Tünd qəhvəyi və qıvrımlı qızıl bufet ilə sintez olaraq adətən qatar stansiyalarında yerləşən və mərkəzi yenə Birləşmiş Krallıq-da olan növbəti qəhvə markası  AMT Coffee klassik və zərif qatar səyahəti ilə ilham verən duyğular mövzusunda əla iş çıxarir. Qəhvəsi yaxşıdır və ideal olan əxlaqi üstünlük ünsürünü də əlavə etsək tamamilə ədalətli ticarətə girən ilk markadır.

Rəna Səfərova