Markalarda istifadə edilən rənglərin psixologiyası

454

Marka anlamını bir bütöv olaraq ələ aldığımızda; beynimizdə markaya aid imaj, loqo və s. bərabərində gəlir. Soğan halqaları kimi bir-birini tamamlayan bu başlıqlar markanı tamamlayır. Müştəri tərəfindən düşünüldüyündə marka üçün loqo və rəngləri ən obyektiv ünsürlərdən bir dənəsidir.

Rənglərin marka üzərində psixolojik mənalarını bir necə maddə də baxaq

Qırmızı– Satış və bazarlamanın rəngi qırmızıdır. Qırmızı rəng insan beyninə ən çox təsir edən rəngdir. Dinamik və hərəkətliyi anımsadan bir rəngdir. İnsan bədənində qan təziyiqini yüksətdiyi üçün açlıq hissini yaradır. Buna görə də dünyanın məhşur yemək firmlarınln əksəriyyətinin seçdiyi rəngdir.

Qırmızı rəngdən istifadə edən markalar– CocaCola, Red Bull, Eti, Pizza Hut, Puma, Vodafane, Bakcell, Kapital Bank, McDonald’s və s.

Mavi– Nüfuz, güc, sadəqət, müvəffəqiyyət kimi mənası var. Daha çox rəsmi və dövlətlə çalışan qurumların seçdiyi rəngdir.

Mavi rəngdən istifadə edən markalar– İş Bankası, Turkcell, Yapı Kredi, Gilan Holding, Facebook, Bank Respublika və s.

Sarı- Açıq və parlaq olmasına görə diqqət çəkir. Xoşbəxtlik və həyacan hissini oyadır. Hərəkət etməyə xəbərdar edən rəngdir. Avtoparklarda və yol nişanlarında  sarı rəngdən istifadə edirlər.

Sarı rəngdən istifadə edən markalar– Lipton, Vakıf Bank, Shell, Nikon, Pennzoil və s.

Yaşıl– Yaşıl yaşamağı təmsil edən rəngdir. Təbiiliyi, canlılığı, hüzur təmsil edir.  Yaşıl rəng daha çox təbiət dostu markalar tərəfindən istifadə edilir.

Yaşıl rəngi istifadə edən markalar- Bp, Starbucks və s.

Ağ rəng– Saf, təmizliyi təmsil edir. Buna görə daha çox uşaqlar üçün olan məhsulların reklamında sıxlıqla istifadə olunur. Eyni zamanda tez-tez qara, qırmızı və mavi rənglərlə birlikdə istifadə olunur.

Ağ rənglərdən istifadə edən markalar- Nike, Gucci, Adidas və s.

Qara- Klassik bir rəngdir. Güc və zadəganlığı təmsil edir.

Qara rəngdən istifadə edən markalar – Mercedes, BMW və s.

Qəhvərəngi– Torpaq rəngi olaraq bilinir. Güvən, güc və təbiiliyi təmsil edir. İnsanların üzərində müsbət təsiri var. Yemək sektorunda sıxlıqla istifadə olunur. Bunun səbəblərindən biri bu rəngin insanları bezdirmək və sıxmaq kimi mənfi təsiri var.

Qəhvərəngindən istifadə edən markalar– İstikbal, Cotton, m&m’s və s.

Çəhrayı– Qadınlara aid rəngdir. Saf və məsumiyyəti, xəyal qumağı təmsil edir. Qadınlara aid məhsulları satan markalar tərəfindən istifadə edilir.

Çəhrayı rəngdən istifadə edən markalar– Barbie, Victoria Secret, Mary Kay və s.

Ağca Talıbova