Mahal Aliyeva: Marketinqdə XƏMSƏ strategiyası

701

Satış deyilən zaman ağlıma ilk olaraq özlüyümdə beşli strategiya (XƏMSƏ) adlandırdığım ayrılmaz faktorlar gəlir.Xəmsənin bir birindən asılı olan və bitişik parçaları yüksək gəlirə, brendləşməyə qapıları taybatay açır. Taki bunlar balansı qoruyanacan.  Hazırsansa başlayaq.

Uğura gedilən yolda ən büyük səbr və anlama qabiliyyəti sahibkarın (icraçı drektorun, müdürün, ..) üzərinə düşür ki, icazə versin insanlar işlərin görsün. Kreativ və realist işçilərini dinləməyi bacarsın. Çünki hər pulu olan ağıllı deyil. Bir sözlə əlində investisiyan, yanında ağıllı işçilərin varsa kreslonda oturub prosesi izləməyə keçə bilərsən. Yox əgər potensiallı müdürsənsə, qol çirməyib işin bir ucundan tutmağa tam olaraq haqqın var.

 

Prosesdə ən günahkar və eyni zamanda günahsız olan faktor məhsuldur. Özündən icazə alınmadan istehsal olunur, bu az deyilmiş kimi insanlara özünü sevdirmə bacarığı tələb olunur. Dərd o günə sevdirə bilməsin və marketoloqu olmayan ya da olmasındansa olmamağı yaxşı olan bir şirkətə düşsün. J Buna görə də sahibkar pulunu və şirkətini sığortalamaq üçün özünü bəyəndirə bilən məhsul itxal etməli və ya istehsalı ilə məşğul olmalıdır.

 

Sıra özündən çox şey gözlənilən marketoloqundur. Var bəxti gətirən marketoloqlar. Yəni yuxarıda saydığım iki faktorun da yaxşısına sahib olanlar. Anlayışlı direktor, asan sevilən məhsul, qalır təkcə başını aşağı salıb işləmək, məhsula müştəri cəlb etmək. Və ya tam əksinə saysız sayda kreativ təkliflərini geri çevirən direktor ilə çarpışmaq, ideyalarını təsdiqlətdirmək üçün günlərlə tər tökmək, o biri tərəfdən də məhsul, müştəri, şikayətlər, planlar və s. Amma bütün bunlara baxmayaraq, çətinlikləri həll etməlidir. Elə bil strategiya qurmalıdır ki, eyni zamanda həm müdriyyəti, həm müştəriləri razı salsın. J Marketoloq müştəriləri qapının tam kəndarına gətirməyi bacarmalı daha sonra isə estafeti satış təmsilçilərinə ötürməlidir.

Qapı kəndarınacan gəlmiş müştərinin məhsulla ilk tanışlığı həmişə qorxuducu olur. Ya verdiyim pula dəyməzsə? Ya xoşum gəlməzsə? Tipli suallar ilk ağıla gələn cümlələrdir. Əziz müştərilərə deyiləcək bir cümlə var. «Yenilikləri sınaqdan keçirməkdən çəkinməyin.» Daha daha yaxşıların mənimsəməyimiz, loyal müştəri olmağımız olmaq üçün bu mütləqdir. Deyirsiz gəlmişəm, inandırmağı, satmağı bacarsınlar, o zaman məsuliyyət 5ci faktorun üzərinə düşür.

 

Satış təmsilçiləri rəflərinəcən, salonlarınacan gəlmiş qeyri-əmin müştəriləri ətraflı məlumatlandırmağı bacarmalı, verilən suallara bezmiş mimika ilə deyil, mehriban formada izahın verməlidirlər.

Saydığım 5 nüans poliqonda (XƏMSƏdə) balansda olarsa nə məhsul əldə qalar, nə şirkət iflas olar, nə də müştəri məhsulsuz qalar. Doğru zaman anlayışı yoxdur. O zamanı özümüz yaratmalıyıq. Uğurlu XƏMSƏLƏR yatmaq diləyi ilə.

Mahal Aliyeva