Məhsulun marketinqində “Apple”dan öyrənəcəyimiz 10 dərs

783

Stiv Jobsun magistr dərəcəsi yox idi və o, qətiyyən bir mühəndis deyildi, amma marketinq sahəsində ustalaşmışdı. Məhz bu marketinq bilikləri Apple şirkətini ən pik nöqtəyə qədər irəli apardı və şirkəti müflis olmaqdan xilas etdi.

Apple şirkətinin marketinqi onunla eyni səviyyədə tanınan və gəlir qazanmaq istəyən şirkətlər üçün əsas kriteriya oldu. Hər hansı bir şirkət də bu qaydaları öz marketinq strategiyasına tətbiq edərək həm cari, həm də gələcəkdə istehsal edəcəyi məhsul və xidmətləri üçün istifadə edə bilər. Apple şirkətinin marketinq strategiyasından çıxara biləcəyimiz 10 böyük dərs aşağıdakı kimidir:

 

  1. Bacardığınız qədər sadə olun.

Cari və potensial müştərilərin özündə toplu və mürəkkəb informasiya daşıyan qarışıq marketinq kompaniyalarına ehtiyacı yoxdur. Apple isə bunu əvvəldən başa düşmüşdü və marketinq üsullarını bacara bildiyi qədər sadə tutmağa çalışırdı. Məhsulun xüsusiyyətlərinin olduğu siyahıları, qiyməti, xarici səslər və xüsusi effektləri təmizlədi. Reklamlarda məhsulun haradan və necə alınacağına dair məlumatlar yox idi. Bütün bunların əvəzinə məhsulun özünü göstərdi və sadə bir şəkildə məhsulun özünü ifadə etməsinə imkan yaratdı. Göstəriş və səs-küydən uzaq, qısa məzmunlu reklamlar hazırlayaraq sadə qrafiklərin mesaji çatdırmasına imkan yaratdı. Auditoriyanın başını qarışdıracaq jarqon və texniki terminlər ilə danışmağı isə Apple heç vaxt seçməmişdi.

 

  1. Məhsul yerləşdirmədən istifadə edin.

Apple məhsulları televiziya şoularına və filmlərə yerləşdirmək üçün bir büdcə ayırdı və təbii ki, işə kiçik addımlar ilə başlamaq qəbul edilən bir davranış idi.  Çünki hər hansı bir marketoloq da məhsulunu İnstagram və Snapchat kimi sosial şəbəkədə məşhur bir ad ilə yerləşdirib paylaşa bilər. Bu məşhur ad sizin məhsulunuzu paylaşanda və izləyicilər tərəfindən lazımlı görülməsini təmin etdikdə  inkişaf toxumları artıq bitməyə başlayır.

 

  1. Müştəri rəylərinə diqqət yetirin.

Apple müştərilərinin təssüratlarını almağa diqqət yetirir və bunu dəyərləndirirdi. Bu sizin də tətbiq edə biləcəyiniz bir metoddur. Müştərilərin ən sevdikləri məşğuliyyət rəy bildirməkdir. Təbii ki, kupon vermək və başqa xüsusi təkliflər etmək köməkçi vasitədir. Sosial şəbəkədə və ya məhsulun vebsaytında rəy hissəsində yazılacaq hər hansı bir fikir qarşılığında verilən məhsulu ödənişsiz test etmə imkanı və ya nümunə məhsul ilə geri təəssürat almağı asanlaşdıra bilərsiniz.

Lakin burada hər müştəridən gələn rəydə bu müştərinin adı, şəkli və ya avatarının olmasına diqqət yetirilməlidir. Əgər qurumlararası bir işdən söhbət gedirsə təhlükəsizliyi təmin etmək baxımından vebsaytlara bir link artırmaq da vacibdir.

  1. Sizi bazarın digər yarısından fərqləndirən xüsusiyyətlərinizə fokuslanın.

Apple şirkətinin qiymət rəqabətina daxil olmaması onun  marketinq strategiyasının böyük bir hissəsinı təşkil edir. Qiymət baxımından rəqiblərindən üstün olsa da bu strategiya əvvələcədən bəllidir. Bu uğurun səbəbi isə rəqiblərinin etmədiyini edərək məhsullarının dəyərinin tanınmasına fokuslanması olub.

Apple, həmçinin, məhsullarının səviyyəsini artıran şık  xüsusiyyətləri və ümumi tətbiqetmələri ilə mükəmməl bir istifadəçi təcrübəsi təqdim etməyə də diqqət yetirir. Şirkət əmin olmaq istəyir ki, təklif olunan nə olursa olsun, müştəri düşünməlidir ki, bu onun ödədiyi qiymətə dəyər. Bu cür düşüncə tərzi bütün məhsul və xidmət sektorlarında tətbiq edilə bilər. Sizi bazarın digər yarısından fərqləndirən xüsusiyyətlərinizə fokuslanın.

  1. Müdafiə edin.

Müştərilər bilmək istəyir ki,  siz nəyisə təmsil edirsiniz. Məhsullarınızı aldıqda və istifadə etdikdə onlari daha da rahatlaşdıracaq bir səbəb axtarırlar. Bu hiss məhsulun özündən tamamilə fərqlənir.  Bu mesaj sadəcə məhsulun özü ilə deyil, onunla əlaqəli olan qablaşdırma, pərakəndə satış və paralel olan hər şeydə açıq-aydın görünməlidir. Başqa sözlə, müştəriyə çatdırmaq istədiyiniz mesaj bütün bu kimi vəziyyətlərdə özünü büruzə verməlidir.

Əsaslı mesajlar müştərinizin sizə olan inancını daha da gücləndirər. Məhsulun marketinqi zamanı əmək sərf etdiyiniz hər bir nüansın necə göründüyünə diqqət yetirin və hamsının əsaslı olması üçün çalışın.

 

  1. Sadəcə məhsul deyil, təcrübə də yaradın.

Məhsulu hər kəs istehsal edə bilər, amma müştəri üçün təkrarlanan həyəcan yaradan və yaddaqalan təcrübə yaratmaq isə çox çətin məsələdir. Rock konsertlərindəki hissi verən məhsul lansmanlarından tutmuş filmyönümlü reklamlara, mağazalardan tutmuş alış-veriş təcrübəsini dəyişdirəcək onlayn satışlara qədər bir çox sahədə kreativ və təcrübəli olmalısınız.

Müştəridə yaddaqalan təcrübəni yaratmağın bir yolu da mətni başa salmaqda gizlənib. Mətn müştərinizdə əslində etdiyi hərəkətdən, yəni məhsul almaqdan daha fərqli hisslərə yol aça bilər. Apple isə kompyuter, planşet və digər məhsullarını almağı müştəri üçün həyəcan verici bir hala gətirir.

 

  1. Müştərinin başa düşəcəyi dildə danışın.

Apple öz müştərilərinə qarşı çox diqqətli olduğundan onlarla daha güclü bir əlaqə quraraq daha çox satış hədəfləməyə səbəb olacaq bir dildə danışmağı bilir.

Ancaq mürəkkəbliyə və dolaşıq fikirlərə yol açan şərtləri aradan qaldıraraq Apple, müştərilər ilə  düzgün şəkildə əlaqə yarada bilmək üçün rəqiblərin belə xəbəri olmayan yeni yollar kəşf etdi. Bunu müştərilərinizə fokuslanaraq, onların necə hərəkətə keçdiklərini, məhsulunuzdan necə və hansı tərz ilə danışdıqlarını öyrənərək siz də bacara bilərsiniz.

 

  1. Hərəkətlərinizdə sirrli aura yaradın.

Apple şirkətinin tətbiq etdiyi ən yaxşı marketinq strategiyası növbəti məhsul haqqında daim açıqlamalar verərək onu sirrli saxlamaqdır. Bu strategiya müştəriləri bir növ Apple fanatlarına çevirir və növbəti məhsul nə olursa olsun düşünmədən onu almağa məcbur edir. Buna baxmayaraq Apple biraz inkişaf edərək bəzi informasiyaları müştərilərə verərək dedi-qodu sayəsində növbəti məhsul ətrafında sirrli aura yaradır. Onlar müştərini necə coşdurmaq lazım olduğunu həqiqətən çox yaxşı bilirlər.

Adətən marketoloqlar müştərilərinə məhsul haqqındakı hər şeyi başa salmağa çalışaraq işin bütün həyəcanını yox edirlər, lakin Apple bəzi məlumatları özündə gizli saxlayaraq məhsulu həyəcanla gözləyən bir kütlə yaradır.

  1. Emosiyalara təsir edin.

Apple reklamlarında  batareya ömrü, yaddaş gücündən danışmaqdansa, iPad və iPod istifadə edən insanların keçirdikləri möhtəşəm həyat tərzinə fokuslanır. Beləcə müştərilərə emosional cəhətdən yanaşaraq ətrafındakı insanlara da şirkətin məhsullarını tərifləyən bir insan kütləsina sahib olur.

Xoşbəxtlik, zövq almaq kimi emosiyalara yönələn görünüş artdıqca daha çox yayılır və Applenin etdiyi kimi davamlı bir hərəkətə çevrilir. Bunu biz bir firma tərəfindən bünövrə olaraq güclü görünüş, emosional bir dil və pozitiv bir mühit ilə  hərhansı bir məzmuna uyğun təkrarlaya bilərik.

 

  1. Görüntüdən istifadə edin.

Az söz və çox görüntü ilə rahat bir şəkildə müştəri məmnuniyətinə olan müsbət təsir artırıla bilər. Apple sadəcə 10 sözdən ibarət reklamlar hazırladı, çünki tez-tez istifadə olunan sözlərin müştəridə güclü effekt yaratmadığını bilirdi. Marketinq kompaniyaları hazırlananda daha az söz auditoriyaya daha çox məna ifadə edir, xüsusilə görüntülərə əsaslanmış bir məhsul dinləyicilərdə emosional cəhətdən daha çox iz qoyur.

 

Tərcümə: Aynur Əlizadə