Lady Gaganın Marketinq sirri

450

 

Sevsək də sevməsək də bu günə qədər dəfələrlə adını eşitmiş, mahnılarını dinləmişik. Gaga-nın səsi, tərzi, həyatı haqqında mütləq ki bir şeylər bilirik. Amma indi onu bu məşhurluğa çatdıran marketinq strategiyaları haqda bəhs edək və bundan biraz da olsa dərs çıxarmağa çalışaq.

2014-cü ildə Forbes “Dünyanın Ən Güclü 100 Məşhuru” siyahısında 33 milyon gəliri ilə 19-cu sırada yer tutan 30 yaşlı sənətçinin 24 milyondan çox albom və 125 milyondan çox single satışı mövcüddur. Əlavə olaraq bu gün Lady Gaga 5 Grammy mükafatı alaraq özünün musiqi bacarığını təsdiqləmiş sənətçidir. Bununla bərabər Twitter də 45 milyona çatan izləyicisi və Facebook da 67 milyonu keçən like sayı ilə bu aralar özündən çox söz etdirməsə də hələ də öz ağırlığını qoruduğunu sübut edir. Məhz səsləndiyində insanı cəzb edən “Lady Gaga əfsanəsi”nin həqiqətinə stratejik olarak yanaşsaq ondan çıxara biləcəyimiz nəticələr nə ola bilər? Gəlin bu məlumatları ətraflı nəzərdən keçirək.

1.Hekayə Yaratmaq

Bir atalar sözündə deyildiyi kimi “Content is King” –  bu deyim Gaga-da da belədir. İnsanların insanları izləyəcəyini bilən Lady Gaga arxasınca gediləsi bir hekayə və bir personaj yaratdı. “ There is nobody like me and there never was.”(Mənə bənzəyən heç kimsə yoxdur və əsla olmadı.) diyən və hər bir qadının bunu özü üçün söyləməsinin lazım oldğunu vurğulayan sənətçi mütəmadi olaraq özünü güclü hiss etdiyi mövzularda danışır və məşhurluğunu itirməməyə müvəffəq olur.

Bir tərəf seçir və onun arxasında sonunadək durur. Belə ki, fərqli olduqları üçün alçaldılan, cəmiyyətdə özünü marjinal (kənara atılmış) hiss edən insanların ən böyük dəstəkçilərindən biri məhz Lady Gagadır. Hətta 2012-də Rusiyada bir konserti əsnasında LGBT hüquqları ilə bağlı danışdığın üçün homoseksual təbliğat iddiası ilə həbs olunma təhlükəsi ilə üz-üzə gəlib.

Deməli, bir tərəf seçib və onun arxasında durmaq (necə ki biz buna marketinqdə hədəf kütləsi deyirik) doğru insanları özünə cəlb etmək üçün istifadə edilə biləcək ən təsirli üsullardandır.

  1. 1%-ə fokuslanmak

Əslində, bu strategiya Lady Gaga-nın “sadiqlik marketinqi” nin tipik bir nümunəsi kimi təsvir edilə bilər. Sosial mediada milyonlarla izləyicisi olmasına rəğmən O fan kütləsinin sadəcə 1%-ni təşkil edən son dərəcə fanatik bir fan kütləsinə fokuslanaraq balaca amma sadiq və stabil bir fan bazasının təməlini qoyur. Onları bir növ WOMM (ağızdan-ağıza marketinq) üçün yetişdirir. Gaga həmçinin fanatları ilə sosial hesablarda yazışır, onlara xüsusi tweet lər atır. Fanatlarına pulsuz konsert biletləri verərək, konsertdə onları səhnəyə çıxararaq həmin heyranının Super STAR kimi hiss etdirərək onların qəlbini qazanacağını yaxşı bilir. Bir növ öz pərəstişkarlarının pərəstişkarı kimi davranır.

P.s. Burada markaların, şirkətlərin almalı olduğu dərs markalarının mesajını hədəf kütləsinə çatdıracaq öz  1%-lərinə diqqət yetirmək ola bilər.

  1. Birlik və aid olma hissini yaradılmaq

Yuxarıda danışdığımız həddindən artıq fanatik pərəstişkar kütləsi https://littlemonsters.com/ səhifəsində toplaşaraq bu saytda pofil yaradıb şəkil, tur, konsert və s. məlumatları paylaşırlar. Əlavə olaraq, Lady Gaga bu veb saytı ilə həftəlik olaraq azarkeşləri ilə ünsiyyət qurur, pərəstişkarlarına xüsusi mesajlar göndərir və onların paylaşımlarına şərhlər yazır. Beləliklə öz fan kütləsi üçün yaratdığı bu online icma vasitəsi ilə onları birlikdə saxlayır, onlara bir ad verərək ( Little Monsters) aid olduqlarını hiss etdikləri bir mühit yaradır.

  1. Fərqli Olmaq

Lady Gaga üçün nə qədər şabon səslənsə də bəli, bu qadın FƏRQLİDİR! Bu qadın mükafatlandırma mərasiminə ətdən paltar ilə gəlməkdə bir qəribəliyik görmür. Dəlicə makiyajları, mənim üzərində 5 saniyədən çox duramayacağım ayaqqabıları var, konsertində piyanosunu atəşə belə verir. Bütün bunların yanında onu fərqli edən şey ağıllıca bir fərq yaratmış olması, bir duruş sergiləməsidir. Onun strategiyası insanlara mən fərqliyəm demək yerinə fərqi onlara göstərməkdir.

  1. Haqqınızda danışılmasını təmin etmək

İnsanlara haqqında danışacaqları vəsaiti ən sadə yoldan “özü” təmin etdiyi üçün o Word of Mouth Marketing (Ağızdan- Ağıza Marketinq) kraliçasıdır. “İnsanlar həmişə danışırlar, onlara danışmaq üçün bir şey verək”, sevgili Gaga, strategiyasının xülasəsini verib. Elə şeylər edir ki, haqqındakı xəbərləri istəməsəniz belə eşitmiş olursunuz, çünki O sadiq azarkeşləri “kiçik canavarlara” canlı performanslarını və fotoşəkillərini paylaşmalarına icazə verir və qarşımıza daim yaradıcı məzmunla çıxır.

Lady Gaga və PR qrupu elektriki icad etmədi, yalnız günümüzün marketinq şərtlərinə yaxşı ayaq uydurarak sosial medianı da çox yaxşı istifadə edərək bunları etdi. İndi sıra buradan çıxaracağımız dərsləri markalara tətbiq etmək ola bilər. Sadiq müştəri və daimi marketinqi necə yaratmalıyıq?  Nə qədər yaxşı, aktual və təəccübləndirici məzmun hədəf kütlənizin ürəyini oğurlaya bilər? “Fərqli” olduğunuzu necə göstərəcəksiniz? Son olaraq, öz 1%-inizi necə tapıb onların bir-birləri ilə və sizinlə ünsiyyətdə olmasını təmin edəcəksiniz və ağızdan ağıza marketinqin nemətlərindən necə daha effektiv yararlanacaksınız?

Top Sizdə.

Rəna Səfərova