Jamal Agayev: Qlobal mobil oyun bazarının təhlili

495

Mobil oun bazarının hal hazırda aktuallığı çox böyükdür, bu gün dünyada 1.03 milyarda mobil oyun istifadəçisi mövcuddur. 2022-ci ildə isə bu rəqəm 1.48 milyarda çıxacaqdır. Hazırda mobil oyun bazarının illik gəliri 37.8 milyard $-dan çoxdur. Com-dan alınan datalara əsasən dünyanın əsas mobil oyun bazarı Asiyadır, daha sonra isə Avropa və Amerika qitələri gəlir. Ən əsası isə oyun bazarının 76%-lik payı yalnızca mobil oyunların öhtəsinə düşür.

 

  1. NewZoo  beynəlxalq araşdırma və tədqiqat mərkəzinin təhlillərinə görə 2018-2021 illər arasında qlobal oyun bazarının aktiv seqmentasiyası Mobil oyunlar olacaqdır. Mobil oyun, ilk dəfə iPhone bazara daxil olduqdan, yəni, 2007-ci ildən sonra 10 ildə ikiqat artdı, sonra isə ən böyük seqment olaraq davam edəcək. Cəmi gəlirlər illik olaraq 25,5% artaraq 70,3 $ milyarda çatacaq.

 

Bu, tarixdə ilk dəfə olaraq bütün oyun gəlirlərinin yarısından çoxunun mobil seqmentdən gələcəyini bildirir. Smartfonların 80% -i və ya 56.4 $ mlrd., qalan 20% isə tabletdən gəlir. Konsol oyun 2018-ci ildə 34,6 milyard dollar təşkil edən ikinci böyük seqmentdir, PC oyunları 32,9 milyard dollar gətirəcək.

 

Ümumilikdə mobil oyun seqemtasiyası oyun bazarının 51%-ni öz əlində saxlayır və bu göstərici artaraq davam edəcəkdir. Bu fərqin başlıca səbəbi isə mobil cihazların və smartfonların insanların istifadəsinə daha rahat, əlçatan olmasıdır.

Rəsmi statistikaya görə bu gün, 2018-ci ildə dünyanın hər yerində 2,3 milyard oyunçu təxminən oyunlara təxminən 137,9 milyard dollar xərcləyir . Bu, əvvəlki ilə nisbətən 13,3 faiz, ya da 16,2 milyard dollar artım deməkdir. Rəqəmsal oyun gəlirləri dünya bazarının 91% -ni 125,3 milyard dollara qədər artıracaq.

 

  1. Önümüzdəki 5 ildə mobil oyun bazarının vəziyyəti aşağıdakı kimi olacaqdır.
  2. 2021-ci ilə qədər istifadəçilərin oyunlara xərcləyəcəyi mqidar 180.1 $ mlrd. Olacaqdır.
  3. 10,3%-lik bir ümumi gəlir artımı gözlənilir.
  4. 2021-ci ildə qlobal oyun bazarının gəlirlərinin 70.6 $ Mlrd. olacağı gözlənilir. Bu səbəblə də oyun bazarının gələcək perspektivləri xeyli gəlirli və uğurlu sahə sayıla bilər.
2012 – 2012 (onillik) üzrə oyun sahəsinin gəlir payları

2012 – 2012 (onillik) üzrə oyun sahəsinin gəlir payları

2021ci ilə qədər tək mobil oyun bazarı 100 $ mlrd dəyərində bir bazar olacaqdır.

Həmin dövrdə Smartfonlar, telefon və planşetlər birlikdə, ümumi 106.4 $ mlrd dəyərində mobil oyun bazarı yaradacaqlar. Bu da ümumi bazarın 59%-ni təşkil edəcəkdir.

Həm PC, həm də konsol oyunları son bir neçə il ərzində sabit artım tempi ilə irəliləyir. Bu il konsol oyunları 34,6 milyard dollar təşkil edəcək və bazarın 25 faizini tutacaq. PC oyunları 32,9 milyard dollar həcmində olacaq və bu, 24% bazar payı ilə ən kiçik oyun seqmentidir.

Yaponiya oyunçularının sayına ABŞ və Çin-in ardından, dünyada 3-cü yerdərir. Yaponiya bazarı illik 15.1% artımla 19.2 milyard dollarlıq nəhəng bir bazar olacaq. Burada təbii ki, ən böyük pay yapon oyun firmalarının üzərinə düşür ki, ölkədə ən böyük istehlakçı kütləsi, öz ölkələrinin oyunlarına üstünlük verir. Yaponiyada oyunlara olan onlayn ödəmələrdə Şimali Amerikadan 1.5 dəfə, Qərbi Avropadan isə 2.5 dəfə yüksəkələcək.

Çin tək başına oyun gəlirlərinin ¼ hissəsini öz üzrəinə götürəcək və bu il ümumi gəlir 37.9 milyard dollara çatacaq. Gəliri və oyunçu sayına görə Çin 1 nömrəli bazar olmağa davam edəcəkdir. Mobil oyun bazarı isə Çində ən önəmli gücdür, 2018-də 61%lik gəlir əldə edəcək, 2021-də isəbazar payının 70%-nə sahib olacaqdır.

 

Ümumilikdə APAC əraziləri 71,4 milyard dollar ilə və ya ümumi qlobal oyun gəlirlərinin 52% -ni təşkil edəcək. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,0% artım deməkdir. 2018-ci ildə seqmentin gəliri 9.7 milyard dollar artıb və 2017-ci ildə 44.7 milyard dollar olub. APAC bölgələri, Hindistan və Cənub-Şərqi Asiya kimi inkişaf etməkdə olan bazarlarda smartfon istifadəçiləri sayının xeyli artdığına görə, eyni zamanda, mobil oyunlar bazarı Çin və Yaponiya kimi daha çox inkişaf etmiş bazarların da təsiri ilə bölgəni sarsılmaz güclü bazara çevirir.

 

Şimali Amerika isə 2018-ci ildə təxminən 32,7 milyard dollar gəlir əldə edən ikinci ən böyük regiondur və bu da ildə 10% artma təsadüf edir. Bu artımın əksəriyyəti mobil oyunlarından və daha az dərəcədə konsol oyunundan əmələ gələcək.  Biz EMEA-da(Europe, the Middle East and Africa) eyni tendensiyaları görürük ki, 2018-ci ildə 28,7 milyard dollara çatacağıq. Avropa ölkələrində mobil oyunçuların Amerikalılara nisbətən o qədər də fərqli deyil. Şimali Amerikada bir ödənişçiyə görə orta xərc 1,6 dəfə Avropadan daha yüksəkdir. Bununla birlikdə Yaxın Şərq və Afrikadakı sabitliklə böyüyən smartfon populyalığı Latın Amerikalı oyunların gəlirlərini bu il 5 milyard dollara qədər artıracaq.

Jamal Agayev