İnstagram paylaşımları üçün dizayn edilən ev

629

New Yorkun Manhattan bölgəsində şəhərin mərkəzində yerləşən bu mənzil instagram şəkillləri üçün ən uyğun yer hesab olunur. Village Marketing adlı reklam agentliyi  tərəfindən hazırlanan və 220 kv metr olan mənzil instagram fenomenləri tərəfindən aylıq 15 min dollara kirayələnir. Bu ideyanın əsas məqsədi instagram Influencer-lerinin daha gözəl və cəlbedici dizaynlı şəkil çəkilməsini asanlaşdırmaqdır.

Haqqında danışdığımız bu ev Wayfair adlı online mebel şirkəti tərəfindən  instagram məşhurları ödənişsiz olaraq təchiz edilib . Wayfair bu işdən  pul yox reklam qazanmaq niyətindədir. Belə ki, instagram məşhurlarının  hər hansı bir reklam qarşlığında  100.000 dollar aldığı düşünüldükdə  Wairfairin  şirkət iqtisadi büdcəsi üçün   düzgün sərmayə qoyduğunu görmək olar . Bundan başqa, Wayfairin bu tip layihələr üçün razılaşmalar edən və mebel təchizatını təmin edən komandası da mövcuddur.

Avqust ayından fəaliyyət göstərən bu evin bugünədək 5 milyon instagram baxışı əldə edib. Instagram Influencer-leri instagram  şirkəti işarələməyə davam etdikcə şirkətin gəliri daha çox artacağı düşünülür.