İnfluencer kimdir ? və necə doğru istifadə etmək olar ?

341

 

 

Influencer tanınmış bir sima, geniş izləyici kütləsinə sahib olub, izləyicilər tərəfindən səmimi qəbul olunaraq tövsiyyələri keçərli olan insanlardır. Hazırda influencer-ləri iki yerə ayrı bilərik, 1-ci ənənəvi medya vasitəsi ilə məşhurluq qazanmış insanlar (teleaparıcı, müğənni və ya aktyor və s), 2-ci sosiyal medyanın məşhur etdiyi digital influencer-lər. Düzü artıq ənənəvi medya insanları da özlərini digitala verirlər. Günümüzün ən önəmli sualı isə hansı influencer-dan istifadə etməkdir.

Influencer seçimi edərkən ilk olaraq seçimi edən marka iki şeyi gözdən keçirməlidir.

1. Seçilmiş influencer marka simasımı olacaq ?
2. Ya seçilmiş influencer markanın bir məhsulunumu tanıdacaq ?

Ancaq hər şeydən öncə məhsulunuzun  influencer marketing-in üçün uyğunluğunu yoxlamaq üçün diqqət edilməli 5 önəmli nüansa göz salaq.

  1. Məhsul satırsınız, tanıtım etmirsiniz.
    2. Hədəf kütlənizi öyrənin və onların davranışlarını analiz edin.
    3.Məhsullarınıza uyğun kütləni ayırmağı bacarın və hər kütləyə ayrı bir mesajla xitab edin.
    4.Markanız üçün fərqli yanaşmalar test edin.
    5.Ehtiyac olduğunda sürətli hərəkətə keçib xətaları sürətli bərpa edin.

    Bəs doğru influencer-I necə seçməli ?

Əslində çox bəsid görünür, burda nə var ki ? Ən çox izləyicisi olan məşhur birinin sizi Instagram hesabında bir dəfə paylaşması yetərlidir. Ancaq bu halda nəticəyə fikir bildirə bilməyəcəyik.
Bir influencer seçərkən ən sadə diqqət etməli olduğumuz amillər, ilk olaraq məhsulumuzun hədəf kütləsinin o influencer-in də hədəf kütləsi olmasıdır. Bununla yanaşı influencer-in Instagram (Instagram burda sadəcə misaldır, ola bilər ki, sizin influencer-in youtube və ya digər sosyal medya influencer-I olsun) hesabındakı izləyici sayının paylaşımlara gələn reaksiya faizinin analizidir. Reaksiya faizini analiz edərkən sadəcə like sayına deyil, comment, share, influencer-in bu günə kimi yaratdığı content-lər kimi bir çox amilləri də gözdən keçirməyə çalışın.

Bunla bağlı qısaca Markerly’den Sarah Ware’in təcrübəsinə nəzər salaq. Belə ki aparılan təcrübə göstərdiki bir məşhurla işləməkdənsə daha az tanınan bir neçə instgaram influencer-I ilə işləmək daha ciddi nəticələr almağa səbəb ola bilir. Bir marka məhsullarını Kim Kardashian və Jenner bacılarının hesablarında reklam olaraq yerləşdirdi. Eyni zamanda da daha 40 az tanınan Instagram influencer-lərindən istifadə etdi.

Aparılan testin sonunda isə daha az izləyiciyə və daha az tanıtıma sahib olan influencer-lərin daha ciddi satış effekti verdiyi ortaya çıxdı. Nəticənin bu şəkildə olmasına təsir edən bir çox amillər vardır, ən sadəsi böyük kütlə tərəfindən tanınan insanların artıq izləyicilər üçün öncəki qədər səmimi gəlməmələri, onların istifadə edəcəyi məhsulların çox zaman bahalı olma düşüncəsi və s kimi xırdadan başlamış bir çox səbəblər oldu.

Qeyd: Ölkəmizdə influnecer-ləri tanımaq istəyirsinizsə keepface.com platformasına baxa bilərsiniz.

Oxuduğunuz üçün təşəkkürlər.

Kamran Saleh