HENRY FORDDAN DƏYƏRLİ SAHİBKARLIQ DƏRSLƏRİ

400

 

Amerikanın avtomobil istehsalçısı, “Ford”un qurucusu olan Henry Ford, sözsüz ki, dünyanın ən uğurlu sahibkarlarından biri olaraq adlandırılır. İş həyatında böyük uğurlar ilə yanaşı bəzi uğursuzluqlar da yaşayan Fordun həyatı güclü  sahibkarlıq fəlsəfəsinə işarə edən möhtəşəm sitatlardan və xatirələrdən ibarətdir. Burdan yola çıxaraq Forbes Henry Ford həyatından öyrənə biləcəyimiz 5 sahibkarlıq dərsini bizimlə paylaşdı.

  1. Hərəkətlərinizi elə planlayın ki, insanlar onu sizin icad etdiyinizi düşünsün.

Henry Forda tez-tez avtomobili icad edən insan kimi təşəkkür edirlər. Bu fikir yanlışdır, amma Ford həqiqətən də avtomobillər mövzusunda çox emosional idi və onların Amerika və dünyada olan  növləri üzərində təsiredici qüvvəyə malik idi. Əgər güclü bir biznesiniz olsa insanlar sizi qəbul edəcək və işinizdə ən qabaqcıl yerlərdə tanıyacaqlar.

Bu sizin üçün vacib olan həqiqətə azadlıq verməklə əlaqəlidir. Sevdiyiniz işlə məşğul olun, həmçinin həyəcanlı və emosialarınıza təsir edəcək hərəkətləri edin. Bunu etdiyiniz zaman sevginizin yoluxucu olduğunu görəcəksiniz və etdiyiniz işdə nə qədər yaxşı olmağı bacarsanız, insanlar da o işi sevməyə başlayacaqdır.

  1. Uğursuzluq bir işə yenidən başlamaq üçün fürsətdir.

Henry Ford uğura yiyələnmədən öncə bir sıra uğursuzluqlara düçar olmuşdu.  Bu cür hal sahibkarlar arasıda geniş yayılıb. İnsanlar bəzən öz uğursuzluqlarını önəmsiz bir hal kimi qəbul edirlər. Amma heç kəsin uğursuzluq ilə razı olmaması da bir həqiqətdir. Bu yaxşı bir haldır, çünki uğursuzluqlarımız sadəcə neqativ halda gizlədilmiş fürsətlərdir. Ya da Henry Fordun dediyi kimi:

“ Uğursuzluq sadəcə yenidən başlamaq üçün əlimizə düşən bir fürsətdir, bu dəfə daha ağıllı “

Başqa sözlə desək, uğursuzluqlarımızı müəllimimiz kimi qəbul etməliyik. Təbii olaraq hər kəs uğurun ardınca gedir. Planlarımız istədiyimiz kimi getməyəndə isə bu bizim içimizdə olan hissləri yıxır. Buna görə də uğursuzluq haqqında olan baxış tərzimizi dəyişməliyik ki, onlardan pozitiv nəsə qazana bilək.

Əgər sizdə xəta varsa emosional çöküntü yaşamamağa, zehninizi yeni biliklər öyrənmək və qazanmağa fokuslayın. Hər bir uğursuzluq öz içində dəyərli biliklər gizlədir. Bu səbəbdən ötrü özünüzə “ Nəyi səhv etdim? ““ Sonrakı işlərimdə hadisələrə fərqli tərzdə necə yanaşa bilərəm?“ suallarını verin.

Səhvlərimiz həyat təcrübəmizdə aldığımız geri bildirişlərdir və bizə nəyin işə yarayıb yaramayacağını öyrədirlər. Əgər dinləmə qabiliyyətimiz olmasa və öz bildiklərimizi təkrarlamağa davam etsək həqiqi uğursuzluğa məhkum olarıq. Lakin gördüyümüz işlərdə uğursuzluq zamanı səhvlərimizi gözdən keçirib bunu adət halına gətirsək, həqiqi uğurlu olmaq şansını əldə edərik.

  1. Pərdə arxasında başqa heç yerdə olmadığınız qədər güclü olun.

Bağlı qapılar arxasında güclü strategiyaya sahib deyilkən, digərlərinə qarşı təsiredici görünmək tələsinə düşmək bir sahibkarın etmək istədiyi ən son hərəkətdir. Hamımız həyatımızda belə insanlar ilə rastlaşırıq və bir müddətdən sonra artıq onları ciddi qəbul etmirik. Bu tip insanların lazımlı və dəyərli bir məhsul və xidmət yaratmaları mümkün deyil. Və təbii ki belə insanlar heç vaxt uğurlu sahibkar ola bilməyəcəklər. Henry Fordun dediyi kimi:

“ Keyfiyyət odur ki, heç kəs baxmayanda belə sən onu düzgün şəkildə edirsən “.

Başqa sözlə, kiməsə təsir etmək üçün yaşamayın.  Prosseslərə fokuslanın və detallara fikir verin. Daxil olduğunuz hər şeydə ən kiçik detallara qədər mükəmməl olmağa çalışın. İnsanlar bunu görməsə də hiss edəcəklər. Henry Ford düşüncəsi ilə desək:

“ Vacib olan insanların nə düşündüyü yox, onlara nə qədər yaxşı xidmət göstərildiyidir “.

  1. Göstəriş vurğunu olmayın.

Henry Fordun geyim seçmək ilə əlaqədar bir hekayəsi var. Ford çox təvazökar idi və adətən qeyri-rəsmi geyimlər geyinirdi. Bir gün katibəsi ondan niyə daha şık geyinmədiyini soruşdu. Ford isə cavabında onu hərkəsin Henry Ford olaraq tanıdığını və sırf buna görə bu həqiqəti vurğulamağın lazım olmadığını dilə gətirdi.

Daha sonra bir dünya turu zamanı Ford heç kəsin tanımadığı xarici ərazilərə gəlib çıxdı. Buna görə katibəsi ona daha az təvazökar olmasını və geyimini dəyişdirməsini tövsiyyə etdi. Ford isə onun Henry Ford olduğunu bilməyən insanlar üçün geyim tərzini dəyişdirmək istəmədi. Çünki onu tanımırlarsa, bütün gözlərin onun üzərində olmasına da ehtiyac yoxdur. Buna görə də necə var elə görünəcəkdi.

Təbii ki bu vaxta qədər Ford əlçatmaz olan uğurların təzyiqlərini hiss etməyən məşhur və zəngin bi adam idi. Bəzi insanlar öz xarici görünüşlərini aid olduqları vəzifə ilə ölçürlər. Yenə də bilmək lazımdır ki, geyim seçiminizi bildirən əsas inamlar bütün sahibkarlar üçün yaxşı tövsiyyədir. Əgər sizin təklif məhdudiyyətiniz varsa özünüz üçün yeriyən reklam olmayın.

  1. Sadəcə pul qazanmağa çalışmayın.

Henry Ford deyib: “ Puldan başqa heç bir xeyri olmayan biznes zəif biznesdir “. Bir çox biznes sadəcə pul qazanmaq üçün fəaliyyətini davam etdirir. İnsanların zəif nöqtələrini və təcili ehtiyaclarına göz dikərlər. Belə biznes sahibləri öz həyatlarını lüks bir şəkildə yaşaya bilərlər, lakin işlərinə dəyər qata bilməzlər və bu onlar üçün çox da vacib bir nüans olmaz.

Əgər sizin böyük hədəfləriniz varsa mütləqdir ki, dəyər yaratmalısınız. Dəyər varsa pul da gələcək. Bəzi sahibkarlar maliyyə cəhətdən uğura yiyələnirlər, çünki insanların həyatındakı rolları çox vacibdir. Əslində isə məqsəd heç vaxt pul olmamalıdır. Henry Ford insanlar tərəfindən sadəcə çox pul qazandıran insan kimi tanınmır. İnsanlar hər şeydən öncə onu kütləvi istehsal xəttini yaradan və bu müddət ərzində möhtəşəm avtomobillər istehsal edib satan insan kimi tanıyır.

 Aynur Əlizadə