Harry Potter-dən 5 Marketing Dərsi

237
HARRY POTTER AND THE SORCERER'S STONE, Daniel Radcliffe, 2001

 

Harry Potter seiyalı əsəri əvvəl kitabları ilə sonra da filmləriylə bütün dünyanın marağını çəkməyi və milyonlarla insanı sehirli dünyasında birləşdirməyi bacarmışdı.  İndi də hər keçən gün yeni pərəstişkarlar qazanmağa davam edir və Hogwarts ailəsi hər keçən daha da  böyüyür.

Harry Potter dünyası möhtəşəm quruluşu ilə hər yaş səviyyəsindən olan insana bir şeylər öyrədə biləcək bir əsərdir. Biz də Harry Potter-dən əldə oluna biləcək marketinq dərslərini sizlərlə paylaşmaq istədik. Həyatda insanı müvəffəqiyyətə aparan bəzi meyarlar hər sahədə eynidir. Bunları doğru tətbiq etdiyiniz zaman uğura çatmama və ya istədiyinizi əldə edə bilməmə şansınız demək olar ki, olmur. İndi isə gəlin Harry Potterin sehirli dünyasından marketinqə dair nələr öyrənə bilərik birlikdə baxaq …

  1. DüzgünNetwork-ler qurun


Bəli, əsas personajımız Harry Potter, ağıllı və cəsur idi. O həmişə etdiyi seçimlərlə qazandı. Ən doğru etdiyi seçim isə qurduğu dostluqlar və yaratdığı əlaqələr idi. Çox vaxt ətrafındakı insanlar olmasaydı çoxdan hər şeydən imtina edə bilər və ya böyük bir çətinliyin içərisinə sürüklənə bilərdi. Harry, bölümün daha ilk hissəsində, seçici şlyapaya getməmişdən əvvəl nərdivanlarda Malfoy ilə etdiyi söhbətdə “Təşəkkürlər amma yoldaşlarımı özüm seçə” deyib Ron ilə yoldaşlıq qurmağı seçməmiş olsaydı bütün həyatı dəyişərdi. O həmişə doğru insanlarla yoldaşlıq etdi və doğru insanlarla əlaqəy qurdu. Hermione ilə, Dobbie ilə və daha bir çox adam ilə qurduğu yoldaşlıq onun həyatını dəfələrlə xilas etdi.

Harry kimi düzgün əlaqələr qura bilmək həm şəxsi həyatınız, həm də iş həyatınız üçün çox önəmlidir. Müvəqqəti və yalnış əlaqələr qurmaqdansa real və güclü əlaqələr yaradaraq hər növ çətinliyin öhtəsindən gələ bilərsiniz.

  1. Təkcə Ağıllı olmaq kifatət deyil


Harry ağıllı bir uşaqdır, bəli. Amma düşünürəm ki, hər kəs Harry Potter-dəki ən ağıllı personajın Hermione olduğunu qəbul edir. Hermione olmasaydı Harry məncə çoxdan ölmüş olar və ya bir çox problemin öhdəsindən  böyük ehtimalla gələ bilməzdi. Ancaq Hermione-nin Fəlsəfə Daşında söylədiyi kimi: “Kitablar və zəka! Lakin daha əhəmiyyətli şeylər var: dostluq və cəsarət. “

Ağıllı olmaq böyük üstünlükdür, ancaq onu həm doğru istifadə etmək lazımdır (Tom Riddle də çox ağıllı idi),  həm də təkcə ağıllı olmaq kifayət deyil. Özünüzü hər mənada yetişdirməli və zəkanızı doğru yerlərə yönəldilməsini təmin etməlisiniz. Hər kəsin ağlına müəyyən bir fikirlər gəlir, bu yaradıcı bir zəkanın məhsulu ola bilər, ancaq bunları həyata keçirmək üçün tamamilə başqa xüsusiyyətlərə sahib olmağınız lazımdır.

  1. Həmişə Cəsur olun


Bəzən tək etməniz lazım olan şey “etmək” dir. Yəqin ki, Harry-ni digər personajlardan ən çox ayıran xüsusiyyət cəsarətdir. Harry heç bir zaman qorxmadı. Bu bəzən axmaq gələ bilər hətta axmaqca ola bilər də, amma bir şeyləri etmədiyiniz üçün  heç bir zaman peşmanlıq hiss etməməyinizə imkan verir. Harry ilk dəfə Quidditch oynayacağı vaxt qorxmadı mı? Və ya Voldemortu Qaranlıq Meşədə-də ilk gördüyündə? Təbii ki qorxdu, ancaq davam etməsi lazım olduğunu bildiyi nöqtələrdə əsla geri çəkilmədi.

Doğru olduğunu bildiyiniz şeyləri edərkən əsla geri addım atmayın. Yeniliklərdən qorxmayın və addım atmaqdan çəkinməyin. Yeni bir işə girməkdən və ya yeni bir işə başlamaqdan çəkinməyin. Yalnız hər şeyi doğru etdiyinizə əmin olun. Cəsarət hər zaman təqdir ediləcək və mükafatlandırılacaq bir şeydir. Çünki Nevil Longbottom yoldaşlarının Fəlsəfə Daşı-nın saxlandığı otağa getməsinə mane olarkən də gerçək bir cəsarət nümunəsi göstərmişdi və onun cəsarəti sayəsində Gryffindor o ilin ən yüksək ballı qrupu olmuşdu.

  1. Ön mühakimələrinizdən xilas olun

Ön mühakimə və Harry Potter deyilincə ağla ilk gələn nümunə təbii ki Professor Snape-dir. Çox uzun bir müddət Harry Potter sevərlər onun tərs, qatı və pis birisi olduğuna inandı. Həm çox sərt görünür, həm də çox sərt davranırdı. Ancaq məgər həmişə Harry-yi qorumuş, mühafizə etmişdi …

Deyəcəyimiz odur ki, şəxsi həyatınızda da,  iş dünyasında da insanları tanımadan mühakimə etməyin. Ön mühakimələrinizdən qurtulun və gerçəkliyə diqqət yetirin. Hər şey hər zaman göründüyü kimi olmaya bilər. Axtarın, araşdırın və sonra qərar verin. Ani hökmlü olmayın yoxsa filmin sonunda göz yaşlarınızı saxlaya bilməzsiniz …

  1. Hər zaman ciddi olmayın

Bəli, ciddilik iş dünyası üçün əhəmiyyətli bir şeydir. Nəticədə ciddi bir şey edirsiniz və sizin də ciddi olduğunuzu göstərməniz üçün hərdəmxəyal olmamağınız lazımdır. Ancaq bu heç bir zaman gülməyəcəğiniz və əsla əylənməyəcəyiniz demək deyil. Xüsusilə, bəzən gülmək və başqalarını əyləndirmək mühitin motivasiyasını və işin keyfiyyətini yüksəldə bilir. Zümrüdüanka Yoldaşlığı-ında Professor Umbridge-in qatı rəhbərliyindən bezmiş uşaqları sanki həyata geri qaytaran hücumu edən  Fred və George Weasley-i unutmayın. Bəzən bir az əyləncəli qığılcımı hər şeyi düzəldə bilər və bütün ümidləri yenidən çiçəkləndirə bilər. Daha sonra işinizə daha yaxşı fokualanmağınıza imkan yaradar. Qaldı ki işinizi edərkən də çox yaxşı əylənə bilərsiniz …

Rəna Səfərova