“GÖRÜNMƏZ QADINLARI” İŞIQLANDIRAN REKLAM KAMPANİYASI

210

 

“Qadın sadəcə ev işləri üçün yaradılıb, bütün digər işlər kişilər üçündür və onları kişilərdən yaxşı heç bir qadın görə bilməz” – bu cümlələri çox eşidirik. Eyni zamanda “Hər uğurlu kişinin arxasında bir qadın dayanır” ifadəsi də tanışdır bizə. Bu baxımdan qadınlar kontrabas kimidir-gözəl musiqi alınması üçün daha çox can yandırır və onun sayəsində möhtəşəm musiqi alınır, amma adları çox zaman bu işdə hallanmır və layiq olduqları dəyəri görmürlər.

Stabilo Boss həmin kontrabas kimi qadınları işiqlandıran reklam kampaniyası irəli sürdü. DDB Group Almaniya tərəfindən qavramsallaşdırılan “Diqqət çəkənləri vurğula” ( Highlight the remarkable )  başlıqlı kampaniyası ilə Stabilo Boss vacib tarixi hadisələrdə ön plana çıxmayan qadınları highlighter-lər ilə işiqlandıraraq onları tanıtdı.

Katherine Johnson : Apollo 11-in Yer kürəsinə təhlükəsiz geri dönməsi ilə bağlı hesablamalardan məsul olan NASA riyaziyyatçısı

Lise Meitner : Nüvə füzyonunun ixtiraçısı. O şəxs ki,  Nobel mükafatını kişi partnyoru əldə etmişdi

Edith Wilson : Həyat yoldaşının iflic olması səbəbindən idarəetmə məsuliyyətinə üzərinə götürən first lady  (ABŞ)

Shamsiah Fakeh : 22 yaşında ilk siyasi hərəkatın lideri idi. O, vətəninin (Malaya , yaxud British Malaya) müstəqilliyi və qadın azadlığı üçün mübarizə aparırdı.Və 24 yaşında o Britaniyanın koloniya siyasətinin əleyhinə silahlı üsyan qaldıran partizan döyüşçüsü olmuşdur.

Fidan Əlisoy.

Məqalə “Marketinghub media” məxsusdur başqa bir yerdə paylaşılması qadağandır.