GOOGLE PLUS NƏDİR? NECƏ İSTİFADƏ EDİLİR VƏ NİYƏ VACİBDİR?

424

 

 

Bundan öncəki yazımızda Google şirkətinin yaranması, tarixçəsi, strategiyası, keçdiyi yollar, bir sözlə, marka hekayəsinə dair vacib və maraqlı məlumatlar yer almaqdadır. Bugün isə sizə Google tərəfindən yaradılıb inkişaf etdirilən Google Plus haqqında ətraflı məlumat verəcəyik. “ Google Plus nədir? “, “ Niyə istifadə edilir? “, “ Vacibliyi nədədir? “ kimi sualları özündə cəmləşdirən bir məqalə ilə Google Plus xüsusiyyətlərini A-dan Z-ə dəyərləndirərək birlikdə öyrənəcəyik.

Google Plus Nədir?

Günümüzdə demək olarki, hərkəsin eşitdiyi, gördüyü və ya tam məzmununu bilməsə də istifadə etdiyi Google Plus adından da göründüyü kimi Google şirkətinin məhsuludur və Google tərəfindən idarə olunur. Təməl olaraq Gmail, Google Connect, Blogspot, Gtalk, Picasa kimi çox geniş məzmuna sahib olan və identifikasiya xidmətlərini təmin edən bir sosial şəbəkədir. Yəni qısa olaraq G+ Google tərəfindən bizə təqdim olunan bütün xidmətlərin ümumi məcmusudur. Bu sosial şəbəkə “ Google+ “ və ya “ G+ “ simgəsi ilə təqdim edilir.

Facebook ilə bənzərliyi olduğu dilə gətirilən bu sosial şəbəkədə də həmçinin şəkil və video paylaşılıb bəyənilir. Lakin oxşarlıq ilə yanaşı hər bir sosial şəbəkədə olduğu kimi burada da digərlərindən fərqli və üstünlük yarada biləcək xüsusiyyətlər mövcuddur. Məsələn, bunlardan biri toplu olaraq konfrans şəklində video danışıq özəlliyi olan  Hangouts xidmətidir və Google+ bu xüsusiyyətə sahib olanda oxşarlıq təşkil etdiyi Facebook və Twitterdə hələ belə xüsusiyyət yox idi. Bunun sayəsində istifadəçilər öz aralarında olan məsafə əngəlini aradan qaldırıblar. Hətta Google Plus 2 nəfərdən artıq olan video görüşmələri də təmin etdiyinə görə bir çox şirkətlər tele-konfranslarını Google+ sayəsində həyata keçirə biliblər.

İlk dəfə 2011-ci il 28 İyun tarixində Google tərəfindən rəsmi olaraq təqdim edilən bu xidmət 20 Sentyabr tarixində həqiqi adlarını istifdə etmək şərtilə 18 yaşdan yuxarı insanların da üzv olub bu xidmətdən yararlanmasını təmin etmişdir.

Google Buzz və digər Google tətbiqetmələri ilə inteqrasiya vəziyyətində işləyən Google+ Google Profilləri üzərində inkişaf etdirilən bir sistemdir. Eyni zamanda G+ mövzular, ətrafınızdakı insanlar, video və söhbət otaqları kimi sosial şəbəkə dünyasında yeni olan xüsusiyyətlər də tətbiq edir. Xidmətdən istifadə etmək üçün mobil telefona ya da kompüterə sahib olmanız kifayətdir.

Google Plus Necə İstifadə Olunur və Faydası Nədir?

Google+ dost olduğumuz insanlar ilə söhbətləşmək, müxtəlif görüşlər planlamaq, video danışıqları aparmaq, şəkil paylaşmaq kimi müxtəlif xidmətlər təqdim edən bir sosial şəbəkədir.

Bəs Google Plus xidmətindən istifadə edərkən hansı terminləri bilməliyik?

  • Axın: Bütün paylaşımların medida göstərildiyi əsas səhifədir. Bu paylaşımlara linklər, şəkillər, videolar, mətnlər və buna bənzər sosial medianın bünövrəsini təşkil edən postlar aiddir. Ətrafınızda əlavə etdiyiniz insanlar və səhifələr tarix və saata görə sıralanır və siz bunu asanlıqla görə bilirsiniz. Və ya sizin səhifə yeniləməniz ətrafınızdakı insanların bunu görməsinə şərait yaradar.
  • Ətrafınız: Google Plus sosial şəbəkə dünyasına yenilik gətirdi, lakin bu yenilik insanları biraz çaşdırdı. İnsanların buna alışa bilmədiyi və çaşdırıcı bir metod olsa da, izlənən insanların şəxsi qərarlarına görə fərqli qruplar altında toplaşmasını təmin edən bir məntiq var. Bunun sayəsində fərqli sektorlarda və fərqli xüsusiyyətlərə malik insanları eyni şərtlər altında saxlamaq mümkün idi. Və beləliklə insanları rahat şəkildə izləmək və analiz etmək daha da asan hala gəldi. Həmçinin insanlar istədikləri paylaşımları qrup xüsusiyyətlərinə görə qaydaya sala bilərlər.
  • Söhbət: IOS, Android və SMS dəstəkli bütün cihazlarda istifadə edilə bilən söhbət funksiyası ətrafınızda olan insanlarla yanaşı Google Talk, iGoogle və oxşarı kimi başqa tətbiqetmələrdə də olan istifadəçilər ilə söhbət yaratmaq fürsətini sizə verir. Həmçinin burada şəkil də paylaşa bilərsiniz.
  • Toplu video-konfrans: Tətbiqetmənin ən diqqət çəkən və üstün özəlliyidir. Çünki oxşar hesab edildiyi Facebook sosial şəbəkəsi istifadəçilərinə 2 nəfərlik video danışıq təqdim edir, lakin Google+ 2 nəfərdən çox olan bu xüsusiyyəti istifadəçilərinə təqdim edir. ( Sonradan Facebook da bu xüsusiyyətdən istifadə edərək istifadəçilərinə toplu video-konfrans özəlliyini təqdim etmişdir ) Təbii ki bu konfranslara say limiti olaraq 10 nəfər qoyulub. Yəni maksimum 10 nəfər dünyanın harasında olurlarsa olsunlar Google Plus sayəsində bir-biri ilə canlı danışa biləcəklər. Siz bu xüsusiyyəti istəsəniz hamıya açıq şəkildə, istəsəniz gizli saxlaya bilərsiniz. Video-konfrans funksiyası ilk dəfə 21 Sentyabr 2011-ci ildə “ will.i.am “ adlı istifadəçi tərəfindən sınaqdan keçirilmişdir.
  • Sürətli yüklənmə: Mobil telefonlar ilə çəkilən şəkillər gizli və ya açıq şəkildə avtomatik Google Plus hesabına yüklənir. Lakin bu funksiya sadəcə cihazında G+ tətbiqetməsi olan istifadəçilər üçündür. İlk yükləmə zamanı heçkəsin görə bilmədiyi şəkillər icazə verilərsə digər istifadəçilərin də görməsini təmin edəcək şəkildə öz gizliliyini itirir.
  • Mövzu başlıqları: İstifadəçilər özlərinə maraqlı olan mövzuları izləyərək gündəmdən xəbərdar ola bilərlər.
  • +1: Google tərəfindən istifadəyə verilmiş və digər tətbiqetmələrdə də görülən bu xüsusiyyət bir növ bəyənmə funksiyasıdır. Digər sosial şəbəkələrdən fərqli olaraq Google Plusda xırda bir dəyişiklik olaraq “ Bəyən “ əvəzinə “ +1 “ yer alır. +1 edilən səhifələr Google tərəfindən siyahıya alınaraq “ təklif olunanlar “ qismində insanlara təqdim edilir.
  • Səhifələr: Google Plus istifadəçilərinin yerinə yetirməli qaydalardan biri də həqiqi adlarından istifadə etmələridir və biz bu barədə yuxarıda qeyd etmişdik. 7 Noyabr 2011-ci ildə yenilik kimi xidmət edilən səhifələr funksiyası şirkət və şəxsi bizneslərin də bu şəbəkəyə qatılmasına şərait yaratmışdı.
  • Oyunlar: 16 Avqust 2011-ci ildə təklif edilən “ oyun “ funksiyası Facebook sosial şəbəkəsinin insanlara göndərdiyi bezdirici oyun dəvətlərindən sonra istifadəçilərə daha az bildiriş göndərir.
  • Tədbirlər: Facebook kimi tətbiqetmələrin istifadə etdiyi gəzinti, iclas, əyləncə kimi tədbirlərin hazırlanmasında faydalı olan bir funksiyadır.

 

Google Plus yarandığı gündən həmişə Facebook ilə müqayisə edilmişdir. Bir çox yenilikçi funksiyası ilə Google Plus özünü Facebook ilə müqayisə edilməkdən xilas etmişdir. Bu mövzudakı müqayisəyə nöqtə qoymaq adı ilə Google Türkiyə müdürü verdiyi reportajında “ Google Plus Facebook ilə rəqib deyil “ şəklində bir açıqlama etmişdir.

Google Plus digər sosial şəbəkələrdəm fərqli olsa da, rəqəmsal marketinqin, daha doğrusu sosial media marketinqinin vacib bir hissəsidir.

Aynur Əlizadə