Google Admob nədir?

74

Google AdMob mobil tətbiq təkmilləşdirmə sistemlərinin təqdim etdiyi xidmət növüdür. Bu xidmət Google Ads və ya Google Adsense-dən fərqli xidmət göstərir.Belə ki ,AdMob mobil tətbiqinizi reklamla təmin edərək, tətbiqin daha qazanclı formaya düşməsini təmin edir. İstifadəçilərin maraq dairəsinə əsasən hədəf kütləni müəyyənləşdirərək reklam nümayişini əldə edə bilən xidmət mobil tətbiqin gəlirini endirilmə sayısına görə deyil, reklamların aldığı baxış sayına əsasən əldə edir.   Bu xidmət tətbiq daxili reklam prinsipi ilə mobil tətbiqinizdən pul qazanmağa icazə verir. Reklamlar banner, keçid, video və yerli reklamlar formasında göstərilir. Həmçinin, Androiddə  tətbiqinizdə reklamı edilən məhsulların alınmağını  təmin edən tətbiqdaxili satın alma reklamları da bu siyahıdadır.
 Google verilən reklamların tarixini dəqiq göstərə və ya AdMob vasitəsiylə reklam əməliyyatlarını sadələşdirə bilər . Beləcə rəqabəti gücləndirərək daha artıq gəlir qazanmaq üçün də AdMob-dan yararlana bilərsiniz. Bir tətbiqin inkişafında istifadəçi məmnuniyyəti də əsasdır.

Google AdMob, həmçinin, istifadəçidə məmnuniyyət yaratmağa üstünlük verir. Fərqli reklam şablonlarıyla özəlləşdirmə əməliyyatı edib,tətbiqi yenidən paylaşmadan belə yollarla pozitiv istifadəçi funksiyasını daha da zəngiləşdirmək olar. Bundan başqa, istifadəçilər tətbiq daxilində mövcud olan mükafatlar qarşılığında reklamlarla qarşılaşmağı üstün tuta bilər. Uduşlu reklamlar mobil tətbiq gəlirinin optimallaşmasını təmin eməklə yanaşı, pozitiv istifadəçi cəlb etməyə də şərait yaradacaq. AdMob-dan istifadə zamanı tətbiq global və ya yerli olmağından asılı olmayaraq  reklamlar 200-dən çox reklam bazarındakı istifadəçilərə göstərilir.