Facebookun Azərbaycan üzrə statistikaları

498

Bu sosial şəbəkə var ki, çox qəliz məsələdir, həm qəlizdir, həm də ki vacib. Gündəlik yaşamımızı onlarsız təsəvvür etmək mümkün deyil. Həyatımızın hər bir sahəsinə özünü yansıdan sosial medianın arealı hər ötən gün genişlənir. Eyni zamanda biznes artıq böyük ölçüdə bu platforma üzərindən idarə edilir. Bu günümüzdə sosial şəbəkələr bir satış platformasına da çevrilib. Biznesin fəaliyyət növündən asılı olaraq sosial medianın şirkətə qazandırdığı gəlirlər ümumi gəlirin çox böyük bir hissəsini təşkil edə bilər.

Haqqında danışdığımız sosial şəbəkələr  içərisində ən ” dəcəli ”   isə heç şübhəsiz Facebookdur. Adını çəkdiyimiz bu şəbəkə axır vaxtlar  heç dinc durmur. Özünü balaca şıltaq uşaq kimi aparan şirkətdə baş verən bütün hadisələr bir başa Facebookun CEO-su Mark Zuckerberg  ilə bağlıdır. Son dövrlərdə olan ən böyük qalmaqal şirkətin istifadəçi məlumatlarını 50-dən çox şirkətə satması ilə bağlı idi. Bu söz-söhbət unudulmamış gündəm yenə qarışıb, sosial şəbəkənin başı daha bir qalmaqal ilə ağrıyıb. Belə ki, Faceook sosial şəbəkəsində paylaşılan videoların baxış sayı süni şəkildə çox görünür. Bu isə ən çox Facebook sosial  şəbəkəsində reklam verən şirkətləri və reklam agentliklərinin narazılığına səbəb olub.

Datanın böyük söz sahibi olduğu dövrdə saxta və yanlış datalar bir biznesi batırmaq gücünə qadirdir. Əldə edilən datalar sayəsində marketoloqlar müştəri davranışlarını və onların istəklərini nəzərə almaqla  öz marketinq strategiyalarını qururlar. Sosial şəbəkədə qarşınıza çıxan reklamlar heç də təsadüfi deyil. İnternet üzərindən axtardığınız məhsullar qısa müddət ərzində sizə reklam şəklində geri qayıdır. Məqalə yazılarkən bu nəzəriyyənin doğruluğunu sübut etmək üçün gün ərzində bir neçə dəfə biznes biznes plan sözlərini axtarışa verdik. Günün sonunda qarşımıza xeyli sayda biznes planla bağlı reklam postları çıxdı.

Sosial şəbəkələrin vacibliyini qeyd etmişkən Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə İnstagramdır. Növbəti yazımızda sizə bu şəbəkə haqqında geniş məlumat verəsiyik. İndi isə Facebook sosial şəbəkəsinin təqdim etdiyi  statistikanı sizlərə təqdim edirik. Datanın vacibliyi haqqında çox danışdıq.Yaxşı, bəs Facebook data statistikası Azərbaycan haqqında nə deyir ?

Facebook sosial şəbəkəsinin Azərbaycan haqqında verdiyi statistik  məlumatlar çoxunuzda maraq və təəccüb yaradacaq. Bəlkə də bəzilərinizin üzü güləcək,  statistik göstəricilərin bu cür olmasında mənim də payım var deyəcəksiniz.  Məhz bu statistikadan reklam agentlikləri və sahibkarlar aktiv şəkildə istifadə edirlər və faydalanırlar.

Ölkəmizdə aktiv facebook istifadəçilərinin sayı  1.5-2 milyon arsında dəyişir.Faiz nisbəti ilə baxsaq istifadəilərin 69 faizini kişilər, 31 faizini qadınlar təşkil edirlər. Göstərilən bütün məlumatlar Oktyabr ayına  olan məlumatlardır.

Facebook həmçinin istifadəçilərinin ailə durumu haqqında da statistik məlumat verib. Azərbaycanda bu sosial medianın istifadəçilərinin  44 % i subay, 45 % i evli, 7 % i münasibətdə, 4 % i siə nişanlıdırlar.

Bununla yanaşı Facebook, istifadəçilərin yaş qrupuna bölərək də statistikasını təqdim edir. Göründüyü kimi  25-34 yaş aralığında olan insanlar bu sosial şəbəkədən daha çox yararlanır. Yaş qrupları arasında xanımlar və bəylər arasında elə də böyük uçurum yoxdur.

Hələ bu harasıdır. Facebook istifadəçiləri bu şəbəkəyə xarici dil biliklərini də daxil edə bilərlər. Belə ki, məhz bu məlumatlardan istifadə edən şəbəkə azərbaycanlı istifadəçilərin dil biliklərini də təqdim edir. Gözlənilən kimi böyük pay sahibi rus dilinə məxsusdur.

Daha bir maraqlı göstərici istifadəçilərin təhsil səviyyəsi ilə bağlıdır. Statistikaya əsasən ölkədə aktiv facebook istifadəçilərinin yanlız 10 % i ali təhsillidir, 21 % i isə orta təhsillidir və 69 % i universitet təhsili alırlar.

Bəlkədə ən maraqlı göstərici istifadəçilərin hansı sahələrdə işləməsidir. Facebook bir çox oxşar işləri bir kateqoriyada birləşdirərək təqdim edib. Biz isə sizə top 5 iş sahələrini təqdim edirik. Ölkədə menecer bolluğu  hiss olunur.

Yaxşı, bəs bu istifadəçilər şəbəkəyə hansı cihazlarla daxil olurlar ?  Androd istifadəçiləri böyük faizlə ilk sıradadırlar. Əvvəlki illərlə müqayisədə kompüterlə daxil olan istifadəçi sayı xeyli azalıb.

Əgər məqaləni sonadək oxudunuzsa bütün bu statistikadan istifadə edərək öz biznesinizi daha da genişləndirə bilərsiniz.  Növbəti məqaləmizda İnstagram sosial şəbəkəsi haqqında olan statistik məlumatları sizinlə bölüşəcəyik.

Zamiq Əsgərzadə