E-Ticarət platforması Trendyol Alibabaya satıldı.

453

 

Amazonun Türkiyə bazarına girməsinə qısa bir zaman qala Alibaba Türkiyənin önəmli e-ticarət platformalarından biri olan Trendyolu alaraq ciddi bir rəqabətin formalaşacağı xəbərini vermiş oldu.

28 iyun tarixində Alibaba tərəfindən verilən məlumata görə Trendyol satın alınmışdı, ancaq xəbərin təsdiqlənməsi üçün Türkiyə Rəqabət Qrumu təsdiq verməli idi. Türkiyə Rəqabət Qrumu isə dünən öz vebsaytlarında bunla bağlı rəsmi xəbəri dərc etdi və Trendyolun Alibaba tərəfindən alındığını açıqladı.

Kamran Saleh.

mənbə: marketingturkiye.com.tr