Dijital marketinq kanalları hansılardır?

263

 Dijital- kanalları istifadə edən məhsuldar bir marketinq metodur. Dijital marketinq TV, radio, qəzet kimi ənənəvi mediadan uzaq üsullarla brendinizi, işinizi tanıtmaq məqsədi ilə internet və mobil platformalar istifadə etməkdir. Dijital marketinq terminin əvəzində “interaktiv marketinq”, “online marketinq”, “web marketinq” və “e-marketinq” terminləri də işlədilir.

Dijital marketinq qavramının nə olduğunu tam başa düşmək üçün ona nələrin aid olmadığını da müəyyən etmək lazımdır. Qəzet, radio, televizor və bilbordlar kimi ənənəvi marketinq kanalları dijital marketinqin hissəsi deyil. Bu vasitələr uzun müddət effektli və uğurlu olub, amma dijital kommunikasiya dövründə öz məhsuldarlığını geniş miqyasda itirmişdir.

Ənənəvi marketinq kanallarının ən vacib iki problemi anında geridönüş imkanına sahib olmamaları və tək tərəfli kommunikasiyaya imkan vermələridir. Ənənəvi marketinq tamamilə izləməyə fokuslanarkən, dijital marketinq istifadəçilərə yoxlamaq, təcrübə etmək imkanı yaratmağı hədəfləyir.

 Dijital marketinq kanalları  

Dijital marketinqi ənənəvi marketinqdən ayıran ən əsas özəllik marketinq müddətində dijital kanalların istifadə olunmasıdır. Dijital kanallar dedikdə geniş mənada internet başa düşülür. Daha da dəqiqləşdirsək, buna internet vasitələri də deyə bilərik. Ən geniş istifadə olunan internet vasitələrini aşağıdakı kimi qruplaşdırmaq mümkündür :

Sosial Media Platformaları : Facebook, İnstagram, YouTube, Twitter, LinkedIn və digərləri

Mobil Marketinq Vasitələri : Mobil proqramlar və mobil proqramlar vasitəsilə reklamlar və tanıtımlar

Kontent Marketinq Kanalları : veb sayt, bloq, vloq və bunlara bənzər media kanallarında məhsul tanıtımı

E-mail Marketinq Prosesləri : Data toplama, dataları filtirləmə, datalar vasitəsilə istehlakçıya çatma, marketinq və hesabat kimi mərhələləri əhatə edir.

E-ticarət saytları :Ödəmə və təqdimat imkanı verən platformalarda məhsul satışı, B2B( Business to business) , B2C ( Business to Customer) marketinq və kampaniya idarəsi kimi fəaliyyətləri əhatə edir.

Dijital Reklam strategiyaları : Online reklam işlərində bütün dijital media vasitələri birgə qiymətləndirilərək hədəf kütləsinə uyğun platformalar seçilir və lazımlı reklam işləri görülür.

Fidan Əlisoy