Azərbaycanın ilk coworking mərkəzini quran adamla müsahibə

1024

Marketinghub olaraq ölkəmizdə qurulan yerli markalara dəstək olmaq məqəsdi ilə yerli marka qurucularmızı ilə etidiyimiz müsahibələri sizə təqdim edirik. Bu dəfəki müsahibimiz Azərbaycanın ilk coworking mərkəzi olan “Fabrika coworking” mərkəzinin qurucusu Tamerlan Məmmədovdur.

Salam gəlin ilk bu sualdan başlayaq Tamerlan Məmmədov kimdir ?

Tamerlan Məmmədov Azərbaycanın aktiv vətəndaşıdır. Azərbaycan Dövlət İqtisad Universitetin Biznes inzibatçılığı fakültəsinin məzunu.

 Dönərxanalar taksi şirkətləri açıldığı bir vaxtda coworking ideası necə ağlınıza gəldi ?

2010 ildə ictimai sektorda çox aktiv həyat tərzi sürürdüm. Avropa təşkilatın prezidenti olarkən gənclərimiz üçün tədbirlər məkanı tapmaqda çətinlik çəkirdim. Bunun həllini qonşu ölkələrdə axtarırdım və beləliklə kovorkinq mərkəzlərində tədbirlər məkanında tapdım. Kovorkinq nə olduğunu bilmirdim, başladım bu sahəni araşdırmağa. Bu ideyanı dostlarıma danışarkən, məni ciddiyə almırdılar. Lakin bu məni ruhdan salmırdı, tərsinə daha çox bunu Bakıda etmək istəyirdim. Bir sözlə, biznes arzuma çevirildi. 2014 ildə Azərbaycanın tanınmış bankında biznes kredit departamentində çalışırdım.  Həmin dövrdə investorla tanış oldum.  Mənim bu biznes ideyamı reallaşdırmağıma  və dəstəkləməsinə inandırmışdım. Beləliklə 2014 ilin sonundan Azərbaycanın ilk kovorkinq (coworking) mərkəzi açılmışdır. Onun adı Fabrika Coworking Center. Gənclərimizi və kiçik sahibkarları birləşdirən, və inkişafına təkan verən bir meydança.

 Kovorkinqin adi ofislərdən fərqi və üstünlüyü nədir ?

Kovorkinqin əsas ofislərdən fərqi sərfəli olmağı, şəhərin mərkəzində yerləşməyi və özünə maxsus sahibkar abu-havası olmağıdır. Darıxdırıcı ofis sahələrindən bezən, kafelərdə fikrini toplaya bilməyən və evdə ayrıca oturub işləməyi sevməyənlər üçün yeni bir nəfəsdir. Fabrika Kovorkinq Mərkəzi Sizə ofisdən gözlədiyiniz istənilən şəraitlə yanaşı, kreativliyinizi artıracaq və sizi ilhamlandıracaqmüştərək iş mühitini təklif edir. “Fabrika” sizin müxtəlif sahələrdə ixtisaslaşmış insanlarla tanışlıq mərkəziniz, yeni biznes ideyaları yaradacağınız məkan və müştərilərlə görüşəcəyiniz yerdir.
100 manat civarında şəhərin mərkəzidə ofis tapmaq bu qədər asan olmamışdır.

Niyə məhz mərkəzin adını Fabrika qoydunuz ?

Bizim mərkəzimiz keçmiş ayyaqabı fabrikasında yerləşir. İstehsal abu-havasını saxlamaq istədik. Lakin artıq 2014 ildən ideyaları istehsal edib, məhsula çevirib, bazara təqdim etmək ilə məşğuluq. Bu ideya bizim loqomuzda da əks etdirmişik.

 Fabrikadan sonra çoxlu kovorkinqlər açıldı sizin xidmətlər necə təsir göstərdi ?

Çox gözəldir. Əksinə daha çox olmağını istərdim. Bu sağlam rəqabətdir, bundan gözəl nə ola bilər?

 Fabrika olaraq hansı qiymət paketlərində nə təklif eirsiniz ki, bu müştərilərə maraqlı olar ?

Tariflər bunlardır.
Bir nəfər üçün:
Günlük – 9 azn
Həftəlik – 40 azn
Aylıq – 123 azn (endirimlidir)

2 nəfər üçün – 200 azn
3-4 nəfər üçün – 300 azn

Tədbir zallar üçün qiymətlər:
həftə içi- 4 saat – 100 azn; 2 saat – 50 azn.
həftə sonu 3 saat – 100 azn; 1,5 saat – 50 azn.

Toplantı otağı (10-12 nəfərlik):
1 saat – 10 azn (endirimlidir)

Sizcə bizim insanlar kovorkinqlərə münasibəti necədir?

Hələ tam aydın olmayıb, lakin bu normaldır. Bir az da vaxt lazımdır.

 

 Gələcəkdə Fabrika ilə bağlı planınız ?

  • Regianlarda daha bir neçə filial açmaq. Bakıda daha böyük bir ərazidə fəaliyyət göstərmək.

 

Sonda oxucularmıza nə demək istəyirsiz ?

İdeyanız, istəyiniz varsa, çəkinməyin, onun dalinca gedin, qaçın. Çəkinməyin, sonuna qədər inanın və mütləq hər şey alınacaq. Hamıya Uğurlar.

P.S. Fabrika Kovorkinq Mərkəzi hər bir əməkdaşlığa açıqdır, çəkinməyin, gəlin tanış olaq və birgə yeni yüksəklikləri fəth edək. Görüşmək ümüdi ilə.