Azərbaycanın ən tanınmış 10 PR mütəxəssisi

6437

Marketinghub media komandası olaraq bu dəfə Azərbaycanda fəaliyyət göstərən PR mütəxəssislərinin ölkə üzrə TOP10 listəsini sizə təqdim edirik.

Bu araşdırma mütəxəssislərin gördükləri işlər, icra etdikləri vəzifələr və həyata keçirdikləri layihlərin ümumiləşdirliməsi nəticəsində əldə edilmişdir.Bütün sorğular sosial media və axtarış sistemlərinin nəticəsi əsasında toplanıbdır.

 Əli Hacızadə: Hajizade Group şirkətinin 2007-2012-сi illərdə sahibi və təsisçisi olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakultəsini bitirib. Aztwi.com – Azərbaycan twitter seqmetasiyası və #AZTAGRAM layihələrinin müəllifi olub. Bundan əlavə olaraq məşhur mütəxsəssis siyasətə yaxın adam olduğu üçün bir çox siyasətçinin PR işləri gördüyü bilinir. Hal-hazırda Birləşmiş Ərəb Əmərliyində yaşayır və MENA bölgəsinin ən böyük saytlarından olan “The Great Middle East” media qrupa rəhbərlik edir. Siyasi PR və politoloqluq fəaliyyəti ilə məşğul olur.  daha ətraflı rəsmi saytında daha geniş məlumat ala bilərsiniz. http://alihajizade.com/ 

Azər Nəzərov: Azər Nəzərov: “PreMark” agentliyinin təsisçisi və rəhbəridir. Gürcüstan İctimai İşlər İnstitutunda media menecment, ABŞ-ın Maryland Universitetində media və kommunikasiya üzrə təhsil alıb. Hazırda İstanbul Universitetində ictimaiyyətlə əlaqələr üzrə Ph.D təhsili alır. Bir neçə uğurlu media layihələrin təsisçilərindəndir. Rəhbərlik etdiyi şirkət hal-hazırda Coca-Cola, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Bir Pəncərə İxraca Dəstək Mərkəzi, eyni zamanda, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin TOPs, Real Madrid Fondu, Olympic Moves Azerbaijan kimi bir neçə uzun müddətli layihələri, Bank of Baku, özəl təhsil müəssisələri kimi bir çox qurumlara PR və Kommunikasiya xidməti göstərir.

 Vüqar Baba: AS Group İnvestment də PR və Marketing şöbəsinə rəhbərlik edir. Bakı Dövlət Universiteti və Georgian İnstute of Public Affairs dən məzun olubdur. Babanın karyerasında Temiz Şəhər ASC, Chuda Pechka, AzerGold QSC, Mətanət A kimi böyük şirkətlər olubdur.

Afət Yaqubova:Bakı Dövlət Universitetin bitirəndən sonra – 1997-ci ildə Dövlət Əmlak Komitəsində İctimaiyyəti Məlumatlardırmaq  Kampaniyasında PR konsultantı vəzifəsində işə başlayıb. Yəni ilk PR işinə 1997-ci ildə başlamışdır. Bir zamanlar Turizm və Otelçilik ixtisasında oxuyan tələbələr PR-dan dərs deyərək həmçinin Afət xanım akdemik fəaliyyətlə də məşğul olmuşdur. Karyerasında isə Konsultant olduğu şirkətlərin sayı 500-dən çoxdur.

 Samir Əfətli: Balıkesir Universiteti və Atatürk Universitetlərində PR və Fashion üzrə təhsil alıbdır.  Rixos Premium Belek, Aden İnşaat,  Suraxani Rayon Icra Hakimiyyeti,  AMEA Mərkəzi Elmi Kitabxana / İnformasiya Resursları Mərkəzi,  Aspen Azerbaijan, Texnoplus Electronics kimi şirkətlərdə PR və Marketing şöbələrində rəhbər vəzifələrdə çalışmışdır. Hal-hazırda İdeart şirkətinin PR şöbəsinə rəhbərlik edir.

Nigar Arpadaria: Formula 1 Baku Granpirisində PR şöbəsinin rəhbəri kimi çalışır. Nigar xanım uzun zaman Nar mobile və Azerfon LLC də PR şöbəsinə rəhbərlik etmişdir.

Nəsimi Paşayev: Türkiyənin Ankara Universitetində təhsil alıbdır. Bakıelektirikşəbəkə QSC nin Mətbuat rəhbəri vəzifəsində çalışıbdır. Son iş yeri Bakı Metropoliteno QSC -nin PR şöbəsinin rəisi vəzifəsi olubdur.

Gülşən Cumayeva: Azərbaycan Dillər Universiteti və Qafqaz Universitetindən məzun olubdur. United Nations Development Programme, FINCA Azerbaijan, Rabitabanda PR şöbəsində rəhbər vəzifə olubdur. Hal-hazırda Bank of Bakuda PR şöbəsinin rəhbəri vəzifəsini icra edir.

İlham Məmmədzadə: Veyseloğlu şirkətində PR şöbəsinə rəhbərlik edir. Azərbaycan Kooperasiya Universitetindən məzun olubdur. 2010-2014-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışıbdır. Baku School of Public Realtions  konsaltinq şirkətinin sahibidir. Mərkəzi ofisi Londonda yerləşən Beynəlxalq İctimaiyyətlə əlaqələr Assosiasiyasının (İPRA) rəsmi üzvü olan “Azərbaycan ictimaiyyətlə əlaqələr mütəxəssisləri Assosiasiyası”nın (APRA) təsisçisi və sədridir.

Dilara Zamanova: Azərbaycan Dövlət Dillər Universiteti  və Azərbaycan Dövlət İqtisad Universitetlərini bitiribdir. Dillər Universiteti və HSBC şirkətlərində çalışıbdır. Hal-hazırda ATA Holdinqin PR şöbəsinin rəhbəri vəzifəsini icra edir. BSPR nin mütəxəsissidir.