Azərbaycanda çəkilmiş ən bərbad 5 reklam çarxı

1237

Marketinghub media olaraq “ən yaxşılar” seriyasından bu dəfə “ən bərbad reklam” çarxlarını təqdim edirik.

Araşdırma sosial mediada olan insanların rəyləri, reklam və videoqrafiya üzrə mütəxəssislərin rəyləri əsasında hazırlanmışdır. Hər bir halda bu araşdırma subyketiv xarakter daşıya bilər.

Face Studio: Bu reklam çarxında bir şey anlaşılır ki, qızlar ərə getmədən öncə heç bir tükünü aldırmır. Ərə getmək üçün ilk şərt isə lazer etdirməkdir. Hələ bu seriyadan çəkilən reklamların birində də cadu ilə lazer edib ərə verirdilər. Face studioda ən təəccüblüs isə odur ki, bu günə qədər bu tərzdə artıq 6 video çəkiblər.

 

Bioforum: “Sizin formunuz bio formunuz var?” deyən 3 xanım əslində bir arıqlama çayını reklam edir. Əgər bunu Sumqayıta gedən qaqalar üçün çəkilsə idi və ” Sizin 20 qəpiyiniz Sumaqyıta getməyə 20 qəpiyniz varmı?” ilə əvəz edilsə idi daha uğurlu olardı. Reklamda bioforum nə işə yarayır və qızlar o sualı niyə o insanlara verir kimi çoxlu qaranlıq məqamlar qalır.

Soliton Kişi: Bu videonu “Supermen” dən alıntı edərək hazırlayan Soliton mağazalar şəbəkəsi reklamda LG smartfonlarını deyil sanki “Oğlanlıq və kişilik” dərsi vermək istəyirdi. Reklamda Adobe texnologiyasının ən son variantlarını ən bərbad formada istifadə etmişlərdir.

İrşad electronics: İrşad bu reklamda Maxi.az mağazasına sətiraltı söz atsa da lakin reklamın effektivli və çəkliş senarissinə baxanda 1990-cı illərdə Amerikansayağı kokakola reklamlarını xatırladırdı. Rep isə ayrı bir mövzudur.

Halal Nemət Min bərəkət: Kənan MM tərəfindən çəkilən və rol oynalınan reklam çarxı əslində Sırlar dünyasında Salih rolunu oynayan aktyoru xatırlatdı. Bu qədər uzun kadrlardan sonra ən təəccüblüsü bu mövzunun sonunda kolbasa ilə əlaqələndirilməsi oldu.

Zamanınıza və zövqünüzə etdiyimiz ziyankarlığa görə üzür istəyirik.