Zöhrab Əliyev: 1 milyon dollarlıq imza

861

İdmanda marketinq tətbiq edilməyə başlayandan sonra, o ən gəlirli bizneslərdən birinə çevrildi. İstənilən idmanda marketinqin köməyi ilə çox yaxşı qazanc əldə etmək olar, əgər bilsək necə. İdman marketinqi, idman üzərində necə qazanc əldə etmək sualına cavab verir. O tədbirlərin cəmini təşkil edir,  hansıların ki nəticəsi qazancdır.

2010-cu ildə AFFA-da işləyərək, mən, bir hadisəyə cəlb olunmuş oldum, hansı ki birinci  və təəssüf ki, idmanda biznesin inkişafı istiqamətində sonuncu addım oldu. Niyə sonuncu?! Çünki idman təşkilatlarının rəhbərlərinin bu sahənin inkişafına maraqları yoxdur. Bu marağın olmaması, idman marketinqinin inkişafına  maliyyə yatırımının  gərəkliyində irəli gəlir, idman marketinqinin inkişafı üçün büdcə ayırmaq lazımdır.

Nəticə əldə etmək üçün xərclər müxtəlif ola bilər və onları azaltmaq məqsədəuyğundur, bu məsələdə marketoloq-analitik köməklik göstərə bilər. Onu cəlb etmək məqsədəuyğundur ki, o hər bir məsələni yaxşı təhlil etsin və    marketinqi elə qursun ki, o həm effektiv olsun, həmdə minimum xərclər üzərində  maksimal effekt versin.

Yalnız bizim voleybolçularımız   və yüngülatletlərimiz  nələrə dəyərlər! Bu istənilən brend üçün əsl xəzinədir!

Real nümunə:

Marketinq fikir ondan ibarətdir ki,  bütün böyük təşkilatlara  sürətli, keyfiyyətli və əlbəttə ki, aşağıbüdcəli imkanlarla yerli bazarın strateji əhatə planını təqdim etmək lazımdır.

Dərin analizə əsaslanaraq, mən tərəfdən xüsusi strategiya hazırlanmışdı, hansı ki, futbol üzrə Azərbaycan çempionatını  marketinq məhsulu kimi təqdim etməyə icazə verir.

Ölkəmizin  8 müxtəlif regionunu təmsil edən  14 futbol klubu və öz auditoriyasına malik olan, əsasən 14 yaşından 50 yaşadək olan kişi seqmentini təşkil edərək, istənilən marketoloqun mükəmməl hədəfi  ola bilər.

Hər oyun, və  toplam olaraq bir mövsüm üçün 364 oyun təşkil edir, kütləvi marketinq tədbiri  kimi baxıla bilər.

Məsələn, Lənkəranda  yerli Xəzərin öz arenasında , harada ki titul sponsorunun reklam bannerləri stadionun ətrafında qurulmuşdu, ən azı 15.000 insan yığılırdı. Diqqət, sual! Regionun hansı tədbirində, şirkət özunun və yaxud  məhsulunun irəliləyişi və tanınması üçün  o qədər auditoriya eyni  vaxtda və eyni zamanda toplaya bilər?!

TV-də reklam üçün praym-tayma düşmək məqsədilə xərcləməyə lazım olan məbləqlər,  ancaq burada birbaşa yayımlar zamanı bol miqdarda görüntülənmək imkanı! KİV-də işıqlandırma 100%  təmin edilmişdir.

Emosiyalarla bağlı effekt adi reklamdan dəfələrlə daha çox  güclüdür.

Effektiv, emosional və ən vacib daimi diqqət mərkəzində olmağa icazə verən marketinq aləti  lap çox idi. İlk növbədə bu KİV-dir, birbaşa yayımlar, futbol matçlarına  bahislər, elanlar, biletlərə və s.

Əsas şərt  yalnız sponsor tərəfindən investisiyaların qoyulması deyildi, həmdə futbolçular, azarkeşlər və jurnalistlər üçün müxtəlif marketinq hadisələrinin keçirilməsi idi.

Belə bir məqsəd qoyulmuşdu — investisiya üçün  əlverişli şərait  və atmosfer yaratmaq  və bu şəraitdən  istifadə edərək  qazanc əldə etmək ,   tamaşaçını stadiona, sponsorları və KİV–i  əməkdaşlığa dəvət edərək,  yəni – İdman  sponsorluğu.

İdman sponsorluğu – brendin irəliləyişinin qeyri-standart üsuludur, hansı ki, auditoriyayla təması yeni səviyyədə  inkişaf etdirməyə icazə verir.

Bu istiqamətdə işin effektliliyi özünü uzun müddət gözləməyə məcbur etmir və tez bir zamanda da özünü ödədir.

Bizim tərəfimizdən  tender elan edilmişdi, və tenderdə 7 şirkət iştirak edirdi, müxtəlif sahələrin nümayəndələri – mobil rabitə, bank və sığorta sferası, avtomobil sektoru.

2010 ilin oktyabr ayında  AFFA və  Unibank arasında, hansı ki,  çempionatın əldə edilməsi üçün ən yaxş şərtlər təklif etmişdir,  futbol çempionatının titul sponsorluğu haqqında memorandum imzalanmışdı, o andan 3 il ərzində “Unibank Premyer Liqası” adlanırdı. Layihənin qiyməti 1 milyon dollardan yuxarı təşkil etdi.

İdman marketinqinin dirçəlişinə ümidiylə….